Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
21 Dek 10:33Cemiyyet
Laçın yolunun Azərbaycan tərəfindən bağlanması xəbərləri dezinformasiya kampaniyasının nümunəsidir
20 dekabr tarixində Astana şəhərində keçirilən və dünyanın müxtəlif ölkələrindən olan rəsmilər, media və biznes nümayəndələri, siyasi xadimlər, media azadlığı üzrə müdafiəçilər, beynəlxalq təşkilatların medianın inkişafı üzrə təmsilçiləri, həmçinin müasir dövrün qlobal problemləri üzrə alim və ekspertlər daxil olmaqla 300-dən çox iştirakçını əhatə edən I Mərkəzi Asiya Media Forumunda Azərbaycan nümayəndə heyəti ilə təmsil olunur.
Medianın İnkişafı Agentliyindən Respublikaxəbər.az-a verilən xəbərə görə, Media Forumun “Vahid media platformasının formalaşdırılması perspektivləri” mövzusunda keçirilən panel sessiyasında çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, ölkələrimiz haqqında həqiqətlərin beynəlxalq media vasitəsilə dünya ictimaiyyətinə obyektiv və düzgün çatdırılması məqsədilə Azərbaycan və Türkiyənin birgə media platforması yaradılmış, həmçinin Özbəkistan və Qazaxıstan Respublikalarının analoji qurumları ilə Anlaşma Memorandumları imzalanıb. Vurğulanıb ki, dövlətlərimizə və cəmiyyətlərimizə qarşı yönəlmiş dezinformasiya kampaniyalarına qarşı mübarizə kontekstində ölkələrimizin media qurumları arasında sıx əməkdaşlıq son dərəcə vacibdir.
Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması kimi xəbərlərin ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasının son nümunəsi olduğu diqqətə çatdırılaraq bildirilib ki, reallıqda Azərbaycan vətəndaş cəmiyyətinin fəalları ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı etiraz aksiyası keçirir və mülki nəqliyyatın keçməsi üçün hər cür şərait yaradırlar. Vurğulanıb ki, bu həqiqəti beynəlxalq auditoriyaya effektiv şəkildə çatdıra bilmək olduqca əhəmiyyətlidir və bunun üçün birlikdə çalışmalıyıq.
Qeyd edək ki, Media Forumun əsas müzakirə mövzuları “yeni medianın inkişafı”, “informasiya təhlükəsizliyinin təmin edilməsi üçün regional və qlobal əməkdaşlıq imkanları”, “media sahəsində süni intellekt texnologiyaları”, “Mərkəzi Asiyada yaradıcı sənayenin inkişafı”, “vətəndaş cəmiyyətinin və biznes əlaqələrinin inkişafında medianın rolu”dur.
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi