Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
14 Noy 19:07Cemiyyet
Elyaz Yazan, xalq artistini təbrik edib.
Respublikaxəbər.az xəbər verir ki, redaksiyanın rəhbəri Elyaz Yazan, Azərbaycan Respublikasının xalq artisti Alim Qasımovun 65 yaşının tamam olması (doğum günü) münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
Əziz və dəyərli ağsaqqalımız, gözəl insan, bu günə qədər özünə tükənməyən əbədi hörmət qazanmış, Azərbaycanı bütün dünyaya tanıdan, öz səsi ilə bütün dünyanı heyran edən, dilinə və dininə hər zaman hörmət edən Alim müəllim!
İlk öncə Sizi və Sizin ailənizi, yaxınlarınızı, qohum-əqrabalarınızı fürsətdən istifadə edib öncə özümün, ailəmin və sonra da redaksiya heyyətimin adından salamlayıb, belə bir möhtəşəm gün (doğum gününüz) münasibəti ilə Sizi və ailənizi təbrik edir, Sizə həyatda bu gündən sonra da can sağlığı, xoşbəxtlik arzulayıram. Həqiqətən də Siz bu məqama çatmaq üçün hədsiz dərəcədə çox böyük əzab-əziyyətlərə qatlanmısınız. Uca Allahdan arzu edirik ki, bu günə qədər çəkdiyiniz əziyyətlər heç bir zaman itməsin. Onu da qeyd edim ki, mən bu təbriki yazan zaman valideynlərim də gördü və onlar da, mənim təbrikimə qoşularaq Sizi təbrik etdilər. Sizi yüksək səviyyədə təbrik edirik.
Hörmətlə:
Elyaz Yazan:
İndi isə Alim Qasımov haqqında qısa bir məlumat verməyi özümüzə borc bildik
Azərbaycan Respublikasının xalq artisti Alim Qasımov 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində (indiki Qobustan rayonunun inzibati ərazi vahidliyinə daxildir) anadan olub. O, 1978–1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983–1989-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. Müəllimləri muğam xanəndələri Hacıbaba Hüseynov və Ağaxan Abdullayev olub.
Yaradıcılığı
1970-ci illər
1979-cu ildə ilk çıxışı Azərbaycan Televiziyasında olub.
1980-ci illər
1980-ci ildə Moskvada 22-ci Olimpiya oyunlarında iştirak edib.
1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qalibi olub.
1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumuna qoşulub.
1990-cı illər
2000-ci illər
2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. 2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib.
2009-cu ildə Alim Qasımov ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub
2010-cu illər
2010-cu ildə Alim Qasımov fransalı DJ David Vendetta ilə "I'm your Goddess" adlı mahnını duet şəklində ifa edib.[3] 2010-cu il martın 17-də ABŞ-ın "The New York Times" qəzetinin jurnalisti Con Pareles Alim Qasımovu "ehtiras və sədaqət, düşüncə və cazibə ilə əlaqələndirən seyrək bir cəhətdən canlı olan ən böyük müğənnilərdən biri" adlandırıb.
2011-ci il iyulun 4-də İslandiya müğənnisi Byork Böyük Britaniyanın "The Guardian" qəzetində nəşr olunan müsahibəsində Alim Qasımovu ən sevdiyi ifaçılar, onun "Azerbaijan: The Art of the Mugham" albomunu ən sevdiyi musiqi albomlar sırasına daxil edib.
2012-ci il mayın 26-da Alim Qasımov Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.
2015 Avropa Oyunlarının açılış mərasimi Alim Qasımovun canlı muğam ifası ilə başlayıb.[9] Daha sonra Alim Qasımov Bakı Olimpiya Stadionunda qaranlıqda uçan xalça üzərində muğam oxuyub.
Şəxsi həyatı
Ailəlidir. Qızı Fərqanə Qasımova xanəndədir.
İrsi
1997-ci ildə "Parni iz Baku" komandasının üzvü olan Bəhram Bağırzadə, 2010-cu ildə "Bu Şəhərdə" komediya duetinin aktyoru Rafael İsgəndərov Alim Qasımovun parodiyasını Bakıda keçən konsertlərində edib.
Ədəbiyyatda
Alim Qasımov İordaniyanın Əmman şəhərində yerləşən Kral İslam Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib olunan "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" kitabının siyahısının 2009-cu ildən 2019-cu ilə qədər olan variantlarına daxil edilib.
2007-ci il avqust ayında Alim Qasımovun 50 illik yubileyi münasibətilə Natəvan Faiqin "Alim Qasımov fenomeni" adlı kitab işıq üzü görüb.
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
GÜBRƏ DOLU TIR, KAMAZLA TOQQUŞDU DƏRƏYƏ AŞDI
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB