Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
07 Noy 13:34Cemiyyet
Hikmət Babaoğlu: Qələbəmizin qalıcı və əbədi olması üçün milli həmrəyliyimizə sadiq qalmalıyıq
İlham Əliyev tarixi zəfərimizin hərbi-siyasi və strateji memarıdır. Tarixdə hər bir qələbənin öz müəllifi olur. Bizim qələbəmizin müəllifi isə yaratdığı güclü ordusu ilə müzəffər Ali Baş komandanımız, şəhidlərimiz və qazilərimizdir.
Respublikaxəbər.az xəbər verir ki, bunu APA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, güc anlayışı milli güc kimi müxtəlif vasitələr lider olmadıqca sadəcə potensial hesab edilir:
“Potensial gücü isə həqiqi real gücə yalnız liderlər çevirə bilirlər. Onu da, təbii ki, hər lider bacarmır. İlham Əliyev son 200 illik tariximizdə milli gücümüzün maddi-fiziki və mənəvi komponentlərinin elə bir vəhdətini yaradıb ki, bu, sözün əsl mənasında, qarşısıalınmaz selə çevrilib. 21-ci əsrin çoxkomponentli hibrid müharibələrinə qarşı savaşmaq və qalib gəlmək yalnız bu şəkildə mümkün ola bilərdi. Biz istər 2003-cü ildən 2020-ci ilədək davam edən hücum diplomatiyası və alt qatlarda sirli qalan strateji sükut dövründə, istər hərbi sənayemizin təşkili ilə birlikdə ordumuzun şəxsi heyətinin peşəkarlardan komplektləşdirilməsi mərhələsində, istərsə də 44 günlük müharibə dövründə və ondan sonra davam edən postmüharibə və böyük qayıdış mərhələsində – hər addımda Prezident İlham Əliyevin imzasını görürük. Prezident İlham Əliyev təkcə hərbi qələbəmizin deyil, həm də siyasi-diplomatik qələbəmizin, qlobal infoimperializmə qarşı informasiya müharibəmizin də müəllifidir”.
Hikmət Babaoğlu qalib xalq kimi yaşadığımız milli qürur və sevinc gülərimizin olduğunu qeyd edib: “Bu günlərdə Zəfər bayramımızın 2-ci ildönümünü qeyd edərkən dönüb geriyə baxdıqda bir tərəfdə 30 illik məşəqqət, xalqımıza qarşı törədilən alçaq hərbi cinayətlər və soyqırımı, digər tərəfdə isə 44 günlük müharibəmiz və ondan ötən iki il ərzində qalib xalq kimi yaşadığımız milli qürur və sevinc günlərimiz var. Bu fərqi yaradan, bizə tarixi zəfərimizi bəxş edən məhz İlham Əliyev siyasətidir. Azərbaycan xalqı öz düşmənlərinin nə qədər çox olduğunu, nə qədər güclü olduğunu, bəlkə də, 30 illik işğal dövründə yox, 44 günlük müharibə və ondan sonrakı iki ildə gördü. Bu həqiqətlərin fərqində olarkən biz qələbəmizin necə böyük və necə şanlı olduğunu bir daha yenidən dərk edirik. Başa düşürük ki, biz nəyə görə və kimlər tərəfindən birinci Qarabağ savaşında uduzdurulduq və eyni zamanda, başa düşürük ki, ikinci Qarabağ savaşında qələbə əldə etmək nə qədər çətin bir iş imiş. Əldə etdiyimiz zəfərin tarixiliyi və böyüklüyü də elə bu kontrasda ortaya çıxır. Ona görə də qələbəmizin qalıcı və əbədi olması üçün milli həmrəyliyimizə sadiq qalmalı, dəmir yumruq ətrafında daha sıx birləşməliyik”.
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi