Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
22 Okt 02:18Cemiyyet
Məhkəmə polis müstəntiqi barəsində xüsusi qərar çıxarıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yerləşən çay evində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Sədullah Sərdari və Orxan Abbasovun məhkəmə prosesi davam etdirilib.
Respublikaxəbər.az-ın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sədullah Sərdarinin vəkili Rəşad Əliyev ibtidai istintaqı aparan müstəntiq Rəşad Cəfərov və istintaq zamanı müdafiəçi qismində işə çıxan vəkil İsrafil İsgəndərovun dindirilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin edib.
Prosesdə məlum olub ki, Sədullah Sərdari istintaqın sonunda iş materialları ilə tanış olmadığı halda onun əvəzindən cinayət işi ilə tanış olmasına dair protokola imza atılıb.
Adıçəkilən vəkil İsrafil İsgəndırov isə həmin protokolda müdafiəçi qismində iştirak etməsi barədə imza edib.
Məhkəmədə ifadə verən İsrafil İsgəndərov bildirib ki, tanış olma protokollarına adından edilən imzalar ona aid deyil. O bildirib ki, iyulun 7-də və ya 8-də Bakı İstintaq Təcridxanasında olmayıb. Qeyd edib ki, həmin vaxt vəkil bürosunda növbətçi olub və hadisə ilə bağlı saxlanılan təqsirləndirilən şəxsin ilkin istintaqına müdafiəçi kimi çıxsa da, sonrakı proseslərdən xəbəri yoxdur.
Daha sonra ifadə verən Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Rəşad Cəfərov bildirib ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə istintaq onun tərəfindən aparılıb. Bildirib ki, təqsirləndirilən şəxslər cinayət işi üzrə materiallarla tanış olublar.
Təqsirləndirilən Sədullah Sərdari isə qeyd edib ki, həmin vaxt o başqa bir işlə bağlı həbs olunduğundan istintaq sənədləri ilə tanış olmayıb. Vəkil Rəşad Əliyev bu halı müdafiə hüququnun pozulması kimi qiymətləndirib, aradan qaldırılması üçün cinayət işinin istintaqa qaytarılmalı olduğunu vurğulayıb.
Məhkəmə cinayət işi üzrə icraatı dayandırıb və işin yenidən ibtidai istintaqa qaytarılması barədə qərar verilib. Həmçinin işin istintaqını aparan müstəntiq barəsində araşdırma aparılması üçün xüsusi qərar çıxarılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmək) 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham elan olunub.
Cinayət işi üzrə hər iki təqsirləndirilən şəxsin barələrində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Bu istintaqın gedişi zamanı isə Sədullah Sərdari başqa bir cinayət işində iştirakçı olub və o, həbs olunub.
Sumqayıt şəhər Prokurorluğunun yaydığı məlumata görə, bu ilin iyunun 6-da saat 1 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzində iki şəxsə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla qeyd edilən istirahət mərkəzində Sədulla Sərdari və Ramiz Yarəliyevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı orada istirahətə gəlmiş Həmid Abulov və Namid Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürülmələrinə cəhd edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. Ramiz Yarəliyev və Sədulla Sərdari şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi