Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
24 Sen 11:46Cemiyyet
DYP hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, sentyabrın 24-dən başlayaraq iki gün ərzində ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında hava şəraitinin güclü külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.
BDYPi-dən RESPUBLİKAXƏBƏR.AZ-a verilən xəbərə görə, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Sürücülər, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalıdırlar.
Nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir. Piyadalar isə havanın küləkli və yağışlı olmasını nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.
RESPUBLİKAXƏBƏR.AZ

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi