Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
15 Sen 12:07Cemiyyet
Ağalı kənd orta məktəbində 29 ildən sonra ilk zəng çalınıb - FOTOLENT
Respublikaxəbər.az-ın məlumatına görə
Zəngilan rayonunun Ağalı kənd orta məktəbində 29 ildən sonra bu gün ilk zəng çalınıb.
Respublikaxəbər.az xəbər verir ki, tədris ilinin ilk günü münasibətilə keçirilən tədbirdə Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev, elm və təhsil naziri Emin Əmrullayev, digər rəsmilər və media nümayəndələri iştirak edib.
Tədbirdə Azərbaycanın dövlət himni oxunub, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, məktəb müasir texnologiyalarla tikilib, geniş sinif otaqları var, şagirdlər üçün hər cür şərait yaradılıb. O qeyd edib ki, bu gün Ağalı kənd məktəbində çalınan zəng 29 il əvvəl orada çalınandır, məktəb həmin zəngi qoruyub saxlayıb.
Emin Əmrullayev deyib ki, bu gün hər birimizin yaddaşında xoş xatirələrlə qalacaq:
"30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk zəng çalınır. Mən bu tarixi anlarda burada olmaqdan qürur duyuram. Eyni zamanda bu qüruru bizə yaşadan Azərbaycan Ordusunun Ali Baş Komandanı, o cümlədən müzəffər əsgərlərimizə minnətdarlığımızı bildiririk. Bu günlərdə qürurlu olduğumuz qədər son günlər baş verən hadisələrlə bağlı təbii ki, qarışıq hisslər yaşayırıq. Bu bir daha Azərbaycana, vətəndaşlarımıza, əsas da şagirdlərimizə göstərir ki, biz daim güclü olmalıyıq. Yalnız o xalqlar güclü olur ki, onların təhsili güclüdür".
Nazir həm şagird, həm də müəllim kollektivinə uğurlar arzu edib, Şərqi Zəngəzura Azərbaycan təhsilinin qayıtmasına görə ölkə rəhbərliyinə və Azərbaycan Ordusuna təşəkkürünü bildirib.
Qeyd edək ki, 360 şagird yerlik ikimərtəbəli Ağalı kənd məktəbində təhsil almaq üçün 60-dan çox şagird qeydiyyatdan keçib.
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi