Sorğu
Оцените работу движка

11 Sen 01:49Cemiyyet

GYF-də “Doğma Yurdum” Bədii Qiraət və Şeir Müsabiqəsi Keçirilib

Respublikaxəbər.az xəbər verir ki, Gəncliyə Yardım Fondunda (GYF)-da “Doğma Yurdum” Bədii Qiraət və Şeir Müsabiqəsi keçirilib
10 Sentyabr 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında Sübhnur Tədris Mərkəzi və Libra Kitab Nəşriyyatının birgə əməkdaşlığı çərçivəsində “Doğma yurdum” bədii qiraət və şeir müsabiqəsinin final mərhələsi keçirilib. Azərbaycanın əməkdar artisti Azad Şükürov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri şair-publisist Gülarə Munis, şair-publisist Azadə Novruzova və Azərbaycan Respublikasının Əməkdar işçisi Xuraman İsmayılovanın münsiflər heyətində çıxış etdiyi tədbirin final mərhələsində 4-14 yaş qrupları arasında müxtəlif bölgələrimizdən uşaqlar iştirak edib.


GYF-də “Doğma Yurdum” Bədii Qiraət və Şeir Müsabiqəsi Keçirilib







Tədbiri çıxış nitqi ilə açıq elan edən Sübhnur Tədris Mərkəzinin rəhbəri Gülnarə Hüseynova “Bu gün bu müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələri vətənpərvərlik ruhunda tərbiyə etmək , onların doğma vətənə olan hisslərini vurğulamaq və bu sahədə xüsusi istedadlarını göstərməkdir" deyə qeyd edib. Münsiflər heyəti çıxış edərək müsabiqə və onun final mərhələsinin gedişatı haqqında ətraflı məlumat veriblər. Daha sonra isə iştirakçılar şeirlərini səsləndiriblər və hər bir iştirakçı müsabiqə qaydalarına uyğun dəyərləndirilib. Nəticədə iki yaş qrupunda I,II,III yerlər, həmçinin xüsusi münisflər heyəti mükafatına layiq görülən iştirakçılar müəyyənləşib və mükafatlandırılma mərasimi keçirilib.




GYF-də “Doğma Yurdum” Bədii Qiraət və Şeir Müsabiqəsi Keçirilib
Respublikaxəbər.azı-ın məlumatına görə mükafatlandırılma mərasimində çıxış edən Gəncliyə Yardım Fondun prezidenti hörmətli Ahmet Tecim bəy milli-mənəvi dəyərləri, vətən, yurd sevgisini əsas alan belə bir tədbir keçirdikləri üçün təşkilatçılarına təşəkkürünü bildirib. Ahmet bəy eyni zamanda fondun tədbirə ev sahibliyi etdiyindən məmnunluq hissi keçirdiyini, fondun hər zaman uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər çərçivəsində inkişaf etməsinə dəstək olduğunu qeyd edərək I yerə layiq görülən iştirakçının mükafatını təqdim edib.
Qeyd edək ki, Gəncliyə Yardım Fondu tərəfindən tədbir işitakçılarına müxtəlif adlarda kitablar və qeyd dəftərçələri hədiyyə edilib.

Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi