Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
05 İyl 12:08Cemiyyet
“Kontakt” Lənkəranın ucqar dağ kəndlərində yaşayan uşaqları sevindirib - FOTO - VİDEO
“Kontakt” mağazalar şəbəkəsinin ötən ay “Uşaqların Müdafiəsi Günü” ərəfəsində başlatdığı “1 oyuncaq, 1 sevinc” adlı sosial layihəsi uğurla tamamlanıb.
Şirkətdən "APA-Economics"ə verilən məlumata istinadən, Respublikaxəbər.az xəbər verir ki, layihə çərçivəsində ötən ay “Kontakt Home” mağazalarında qoyulan xüsusi qutulara həm mağaza ziyarətçiləri, həm də şəbəkənin əməkdaşlarının köməyilə ümumilikdə 300-dən çox oyuncaq toplanılıb.
Həm yeni, həm də ikinci əl oyuncaqlar əvvəl yararlılıq səviyyəsinə görə sortlaşdırılıb, daha sonra tamamilə dezinfkesiya olunub və ən nəhayət Lənkəran rayonunun ucqar dağ kəndləri olan Diryan, Gəgiran, Jidi, Moloja, Haftarion və Tatoba kəndlərində yaşayan 150-dən çox uşağa hədiyyə edilib.
"Kontakt" mağazalar şəbəkəsinin nümayəndələrinin iştirak etdiyi sosial aksiyaya azyaşlılarla yanaşı, onların valideynləri də rəğbət göstərib.
“Bugünkü tədbirdə biz balacalara oyuncaqları, onlar isə bizə gülüşlərini bağışladılar. Birlikdə xoş vaxt keçirdik. “1 oyuncaq, 1 sevinc” layihəsinə öz qatqısını əsirgəməyənlərə, xüsusən oyuncaqlarını bu layihəyə bağışlayan hər kəsə dərin minnətdarlığımızı bildiririk. Onlar bizə oyuncaq, biz isə onların köməyilə birlikdə ucqar dağ kəndlərinə sevinc daşıdıq.” – deyə “Kontakt” mağazalar şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vəfa Rüstəmova bildirib.
Qeyd edək ki, “Kontakt – Sevindirir” şüarına sadiq qalan şəbəkə mütəmadi olaraq öz sosial məsuliyyət layihələri ilə Azərbaycanın müxtəlif bölgələrində pozitiv dəyərlər yaradan sosial layihələr həyata keçirir.
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi