Sorğu
Оцените работу движка

30 Mar 15:09Cemiyyet

Füsunkarlığı ilə dünyada məşhur olan milli parkda “açıq qapı” günü keçiriləcək

Füsunkarlığı ilə dünyada məşhur olan milli parkda “açıq qapı” günü keçiriləcək

Kiçik Qafqaz sıra dağlarının şimal-şərq yamacında yerləşən, əsrarəngiz göllərlə əhatə olunan və füsunkarlığı ilə dünyada məşhur olan Göygöl Milli Parkının aprelin 1-i yaranma günüdür. Bu münasibətlə həmin gün milli parkda “açıq qapı” günü keçiriləcək.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Manset.az-a bildirib.

“Göygöl milli parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 aprel tarixli Sərəncamı ilə yaradılıb”.

A.Babayeva bildirib ki, yüksək dağlıq və meşəlik landşafta malik olan milli parkda adları Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş nəcib maral, qonur ayı, vaşaq, Xəzər uları, Qafqaz tetrrası, cırtdan, qartalça, kütyarpaq püstə, Qafqaz səhləbi, kiçik süsən və s. kimi flora və fauna növləri yayılıb.

“İstirahətinizi açıq havada, təbiət gözəlliklərindən zövq alaraq maraqlı keçirmək istəyirsinizsə, Göygöl Milli Parkı yolunuzu gözləyir.

Zəngin biomüxtəlifliyə malik milli parkda müxtəlif yaş kateqoriyasına uyğun 10 marşrut fəaliyyət göstərir ki, turistlər bu marşrutlar boyunca unikal təbiət mənzərələrini seyr edə, onlar üçün ayrılmış piknik yerlərində dincələ bilərlər”.
















Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi