Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
19 Fev 18:16Cemiyyet
“Bazar ertəsi üçüncü dərmanı almalıyıq və kartda cəmi 200 manatımız var” – Ana köməyə çağırır + FOTO
Respublikaxeber.az xəbər verir ki, ağır kombinə edilmiş immun çatışmazlığından əziyyət çəkən dörd yaşlı Ümidin anası, Kürdəmir sakini Lyudmila Şahbazova kömək üçün Media.Az-a müraciət edib. İlkin müalicə olaraq uşağa bir il ərzində hər 21 gündən bir, bir dozası 1200 manat olan “Panziqa” dərmanının venadaxili yeridilməsi onun həyatı üçün vacibdir. Ailənin belə bahalı müalicəni ödəmək imkanı yoxdur.
Uşağın iki yaşı olanda sağ omba nahiyəsində şiş əmələ gəlib. 2019-cu ilin noyabr ayında o, Milli Onkologiya Mərkəzinə diaqnostikaya göndərilib. Onkomarkerlər üçün analizin nəticələri normadan yuxarı çıxıb. Valideynlərə bildirilib ki, 3 ay uşağın vəziyyətinə nəzarət olunacaq. Yanvarda vəziyyəti o qədər pisləşib ki, artıq uşaq normal yeriyə bilməyib. Beləliklə, əzələ ilə birlikdə şişi çıxarmaq üçün Ümid təcili əməliyyat olunub. Şiş toxumasının histologiyası onun xoşxassəli olduğunu göstərdi. Ailənin xoşbəxtliyinin həddi-hüdudu yox idi! Ancaq təəssüf ki, sonradan onların vaxtsız sevindikləri məlum olub.
“Uşağın bütün limfa düyünləri sürətlə şişməyə başladı. Bizi başın və qarın nahiyəsinin MRT-sinə göndərdilər, amma həkimlər patoloji heç nə tapa bilmədilər. Eyni zamanda, onkoproblar normanı getdikcə qaldırırdılar. Onkoloji mərkəzdə sadəcə çiyinlərini çəkdilər ki, bu onların xəstəsi deyil.
Yayda oğlumun hər yeri şişməyə başladı. Yadımdadır, otağa girdim və bunu görəndə donub qaldım: onun üzü o qədər şişmişdi ki, nə gözləri, nə ağzı, nə də burnu görünmürdü... Onu təcili yardım maşını ilə Bakıya apardılar və orada tez bir zamanda “Kvinke ödemi” diaqnozu qoyuldu. Özəl klinikaya getdik və çox bacarıqlı bir həkimlə görüşdük. O, bizi əlavə müayinələrə göndərdi, onun nəticələrinə görə oğlumuzda “Epstein-Barr” virusu və immun çatışmazlığı olduğunu öyrəndik.
İndi uşağa çox bahalı “Panziqa” dərmanı ilə hər 21 gündən bir beş saat “sistem” qoyulmalıdır. Tək doza 6 qramdır, lakin dərman bu dozada satılmır. Beş qramlıq bir ampul və əlavə olaraq iki qram yarım dərman alırıq. Bu bizə 1200 manata başa gəlir. Bakıya gediş-gəliş, tibb bacılarının və palatanın xidmət haqqını da nəzərə alsaq, haradasa 1400 manat pul çıxır. İlk iki dərmanı qohumların və dostların köməyi ilə aldıq. Bazar ertəsi, fevralın 21-i üçüncü dərmanı almalıyıq və kartda cəmi 200 manat pulumuz var. Başqa kimə müraciət edəcəyimizi bilmirik...
Uşaq özünü çox pis hiss edir, təzyiqi daim aşağıdır. Bazar ertəsi o, hələ baş beyinin və boyun onurğasının MRT-sindən keçməlidir, çünki limfa düyünləri çox böyüyüb. Bunun üçün də vəsait yoxdur. Mən təsəvvür edə bilmirəm ki, Azərbaycanda orta statistik bir ailə bu cür müalicəni necə ödəyə bilər. Yoldaşım tikintidə işləyir, ayda 400-500 manat maaş alır.
Bir ildə 17 belə “sistem” vurdurmaq lazımdır, ondan sonra Mərkəzi Neftçilər Xəstəxanasında 3200 manata genetik analizdən keçməlidir. Sonrakı müalicə analizin nəticəsindən asılı olacaq: ya “Panziqa” ilə davam ediləcək, ya da sümük iliyinin transplantasiyası olmadan mümkün olmayacaq.
Biz adi bir ailəyik, lütfən, bu çətinliyin öhdəsindən gəlməkdə bizə kömək edin”, - deyə Ümidin anası köməyə çağırır.
Media.Az-ın redaksiyası biganə qalmayan hər kəsi Şahbazovlar ailəsinin probleminə həssas yanaşmağa və balaca Ümidə bacardıqları qədər kömək etməyə çağırır.
Yardım göstərmək istəyənlər uşağın anası Lyudmila Şahbazova ilə 077 542 30 68 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi