Sorğu
Оцените работу движка

11 Fev 16:49Cemiyyet

DYP-dən REYD: Taksi sürücüləri cərimələndi - FOTO

DYP-dən REYD: Taksi sürücüləri cərimələndi - FOTO


Qax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədilə reyd keçiriblər.

Respublikaxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı qapalı məkanlarda tibbi maskadan istifadə etməyən, özləri ilə yanaşı digərlərinin də sağlamlığına məsuliyyətsiz yanaşan satıcı və alıcılar müəyyənləşdirilib. Mövcud qaydalara riayət etməyin vacibliyi onların diqqətinə çatdırılıb, qanunun tələbləri bir daha izah edilib. Edilən xəbərdarlıqlara məhəl qoymayan həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.

Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən isə ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişin və sürücülər aşkarlanıb, onlarla izahedici söhbətlər aparılıb. Həmçinin, COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər saxlanılıb. Həmin şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi