Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
01 Fev 15:37Cemiyyet
“Avtomobili saxlamağa yer yoxdursa, cərimələr niyə artırılır?” - Deputatdan ETİRAZ
“Bakıda 1 milyona qədər avtomobil var, ancaq şəhərdə parklanma yerlərinin sayı 20-30 min arasındadır. Bəs vətəndaş avtomobilini harada saxlasın? Avtomobili saxlamağa yer yoxdursa, cərimələr niyə artırılır, vətəndaş nə etsin?”
Respublikaxeber.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib.
Bu sahədə cərimələrin artırılmasının yolverilməz olduğunu vurğulayan F. Mustafa deyib ki, Bakıdan Şamaxıya qədər yollar sarı xətdir:
“İndi necə edək, Bakıdan Şamaxıya qədər yolda avtomobili saxlamayaq? Cərimələrin artırılması ilə pis vəziyyətdə qalan vətəndaş olacaq. Azərbaycanda alternativ tramvay, trolleybus xətləri var? Burada siyasət dəyişməli və tamamilə yeni baxış ortaya qoyulmalıdır”.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev nəzərə çatdırıb ki, səkilərin yaxınlığında avtomobillərin saxlanılmasına görə 40 manat cərimənin tətbiqi ciddi problemlər yaradacaq: “İstanbulda qar yağdı, şəhər bir həftə iflic vəziyyətində qaldı. Bakıda qar yağsa, yol işarələri necə görünəcək? Yolların kənarında parklanmaya gəlincə, bəzi yerlərdə ciddi tədbirlər görülməlidir ki, piyadalara mane olmasın. Ancaq elə yerlər var ki, səki genişdir, avtomobil saxlananda piyadalara mane olmur. Bakıda cəmi 20 minə qədər parklanma yeri var. Mən komitədə qanun layihəsinin müzakirəsindən sonra çıxdım, Mətbuat prospektində yol kənarında yüzlərlə avtomobil saxlanmışdı. Bu qanun layihəsində bu məqamlarla bağlı ciddi düşünməli, tələsməməliyik. Bu qanun tək Bakı yox, bütün Azərbaycan üçün qəbul olunur”.
Deputat belə maddələrin qəbulunu gələcəyə saxlamağı, indiki şəraitdə layihədən çıxarmağı təklif edib.
Deputat Fəzail Ağamalı da Bakıda parklanma sahəsində ciddi problem olduğunu vurğulayıb: “Yeganə həll yolu Bakıda uzunmüddətli parklanma yerlərinin yaradılmasıdır. Geniş meydanların, küçələrin altında da parklanma yerləri yaradıla bilər. Bunun şəhərsalma sisteminə daxil etməklə həll edə bilərik. Bakıda kanalizasiya və parklanma problemləri şəhər üçün iki ciddi problemdir, bunları sistemli həll etmək lazımdır. Heç bir cərimə, inzibati tədbirlərlə belə parklanmanın qarşısını ala bilməyəcəyik. Sürücü yolda düşüb kioskdan qəzet alanda avtomobilə cərimə gəlir. Bu, düzgün deyil. Bir dəqiqə, 5 dəqiqəyə saxlanmaya görə belə cərimələr yolverilməzdir. Xüsusən, təhsil müəssisələrinin qarşısında avtomobilin bir-iki dəqiqəyə görə saxlanılması ciddi narazılıq yaradır”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ