Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
29 Yan 15:16Cemiyyet
Milli Qəhrəmanın xanımının təqaüdü niyə kəsilib? - Rəsmi açıqlama
Azərbaycanın Milli Qəhrəmanı Pərviz Səmədovun həyat yoldaşı Şahvələdova Mətanət Ziyəddin qızı ona verilən Prezident təqaüdünün kəsildiyini deyir.
Respublikaxeber.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə videomüraciət yayımlayıb.
M. Şahvələdova bildirir ki, Pərviz Səmədovla 17 yaşında ailə qurub: “O zaman yaşım rəsmi nikah yaşına düşməyib. Evlənəndən 4 ay sonra yoldaşım müharibəyə gedib və 1992-ci ildə şəhid olub. Bu illər ərzində Milli Qəhrəmana aid edilən bütün müavinətləri, təqaüdləri almışam. 2005-ci ildən Prezident təqaüdü alıram. 2021-ci ilin noyabrından isə mənə verilən Prezident təqaüdü dayandırılıb. Deyirlər ki, rəsmi nikahın yoxdur, ona görə təqaüd dayandırılıb”.
“Qafqazinfo” məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, “Azərbaycanın Milli Qəhrəmanı” adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Prezident təqaüdü həmin şəxslərin ailə üzvlərinə, o cümlədən ailə üzvlərindən biri kimi dul arvadına (ərinə) təyin olunaraq verilir:
“Bu zaman tələb olunan sənədlərdən biri də nikah haqqında şəhadətnamənin olmasıdır. Gəncə şəhər sakini Şahvələdova Mətanət Ziyəddin qızına Azərbaycanın Milli Qəhrəmanı şəhid Səmədov Pərviz Abduləhəd oğlunun həyat yoldaşı kimi təyin olunmuş Prezident təqaüdünün ödənişinin dayandırılmasına səbəb də monitorinq zamanı M.Şahvələdovanın şəhidin həyat yoldaşı olduğunu təsdiq edən nikah haqqında şəhadətnaməsini təqdim etməməsi olub. Bu barədə vətəndaşa məktub göndərilərək məlumat verilib”.
Qeyd edək ki, Milli Qəhrəman P. Səmədov 5 may 1970-ci ildə Gəncə şəhərində anadan olub. O, könüllü olaraq 1992-ci ildə Ağdam cəbhəsində döyüşlərə qatılır və komandir təyin edilir. Elə həmin ilin mayında Ağdam rayonunda şəhid olur. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə ona Milli Qəhrəman adı verilib. Gəncə şəhərində dəfn edilən qəhrəmanın adına orada bir neçə küçə də var.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ