Sorğu
Оцените работу движка

23 Yan 09:52Cemiyyet

Gözəllik salonlarında xanımlara narkotik təklif olunur?

Gözəllik salonlarında xanımlara narkotik təklif olunur?

Gözəllik salonlarında narkotik vasitələrin satışı ilə bağlı daxil olan məlumatların heç biri öz təsdiqini tapmayıb.

Respublikaxeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov AzTV-nin efirində yayımlanan “Gəncsən” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, tərəfimizdən daxil olan məlumatlar əsasında əməliyyat tədbirləri həyata keçirilib:

“Hər hansı gözəllik salonunda xanımlara narkotik vasitələrin təklif olunması ilə bağlı bu günə qədər məlumat yoxdur. Hələ ki, bu fakta rast gəlinməyib. Daxil olan məlumatlar mütəmadi yoxlanılır”.

Eyni zamanda, ölkə daxilində narkotik vasitə hazırlanan laboratoriyaların olduğuna dair iddiaların da yayıldığını deyən A.Qafarov bunun da həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb:

“Ötən il məlumat yayılmışdı ki, xaricdən gəlib burada narkotik istehsal edirlər. Araşdırmalar aparıldı və bu kimi məlumatların həqiqəti əks etdirmədiyi sübuta yetirildi”.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi