Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Dek 20:14Cemiyyet
Avropa Azərbaycan Məktəbində beynəlxalq konfransın açılışı oldu
Avropa Azərbaycan Məktəbində “Təcrübə əsaslı öyrənmə” mövzusunda “IB World” (Beynəlxalq Bakalavr) beynəlxalq konfransın açılışı olub.
Respublikaxeber.az-ın məlumatına görə, Avropa-Azərbaycan Məktəbinin baş direktoru Françesko Bançini deyib ki, konfrans təhsil sahəsində təcrübə mübadiləsi üçün çox əhəmiyyətlidir.
Beynəlxalq Bakalavr Təşkilatı Regional İnkişaf Mərkəzinin (Niderland) rəhbəri Vedrana Pavletiv bildirib ki, keyfiyyətli təhsil yaratmaqda maraqlıdırlar: “Pandemiya ilə əlaqədar belə çətin dövrdə yaradıcı olub müxtəlif öyrədici üsulları tapmaq çox yaxşıdır. Şagirdlər üçün təhlükəsiz və effektli təhsil vermək çox təqdirəlayiqdir. “İB World” şəbəkəsini daha da böyütmək istəyirik. Dünyanın 160 ölkəsində məktəblərimiz var, bir neçə ölkə də üzvlük qazanmaq istəyir. Dünyanın müxtəlif ölkələrində olan məktəblərimizdə 3 yaşından 18 yaşına qədər 1,5 milyon şagird təhsil alır. Bütün çətinliklərdən çıxış yolu üçün yaxşı təhsil sistemləri yaratmaq vacibdir. Yaradıcılıq xüsusiyyətini artırmaq istəyirik”.
Hollandiya Tətbiqi Elmlər Universitetindən olan məruzəçi Debra Uilliams-Qualand deyib ki, “İB International School”da il ərzində hər şagird dərs demək təcrübəsi öyrənir, bu, həm Azərbaycan, həm də digər məktəblərdə olur.
İspaniyanın Sotogrande Beynəlxalq Məktəbinin rəhbəri Jak Kearney isə “İB learning” profilinin hər bir məktəb üçün çox vacib olduğunu vurğulayıb: “Bu bir öyrənmə səyahətidir. Konfranslarda əsas məsələ şəbəkə yaratmaqdır”.
Təhsil nazirinin müşaviri Elnur Əliyev deyib ki, əsas məqsəd şagirdlərin öyrənmə qabiliyyətlərini artırmaq, onları həm əqli, həm fiziki tərəfindən inkişaf etdirməkdir: “Azərbaycan torpaqlarını işğaldan azad edib. Bu qələbə təhsildə də davam etsin. Son 5 ildə təhsil sahəsində böyük islahatlar oldu. 2014-cü ildə Azərbaycanda təhsilin inkişafı üçün yeni proqram qəbul edilib. Bundan əvvəl Azərbaycanda uşaqların 4 faizi bağçaya gedirdi, hazırda isə bu say 95 faizə yaxınlaşır. Eyni zamanda, Azərbaycandan beynəlxalq imtahanlarda iştirak edən şagirdlərin göstəricilərində də böyük artım var. İnanırıq ki, təhsil islahatları öz nəticələrini verir. Özəl məktəblərə gedən şagirdlərin sayı da artıb. Bütün bunlar göstərir ki, Azərbaycan hökuməti təhsil siyasətində doğru yoldadır. Yeni nəslə özlərini necə inkişaf etdirmək lazım olduğunu öyrətmək lazımdır ki, əqli düşünmə qabiliyyətlərini, məntiqi artırsınlar. Uğurlara baxmayaraq ki, gedəcəyimiz yol hələ uzundur. Şagirdlərin kritik düşüncə qabiliyyətini artırmalıyıq”.
Qeyd edək ki, dekabrın 12-dək davam edəcək konfransda beynəlxalq və yerli mütəxəssislər öz təcrübələrini bölüşəcəklər.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər