Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
24 Avq 07:37Cemiyyet
Ömrü uzadan və qısaldan məhsullar
ABŞ-ın Miçiqan Universitetinin alimləri araşdırma nəticəsində belə nəticəyə gəliblər ki, hər yeyilən “hot-doq” insan həyatını 36 dəqiqə qısaldır.
Respublikaxeber.az xəbər verir ki, Müvafiq araşdırma barədə “Daily Telegraph” yazıb.
Araşdırma müəllifləri müəyyən ediblər ki, yeyilən emal olunmuş istənilən növ ət məhsulunun hər qramı ömürdən gedən 45 saniyəyə bərabərdir. Həmçinin alimlər sağlam həyatı ən çox uzadan məhsulu da açıqlayıblar. Onlar bildiriblər ki, bir ovuc fındıq ömrün uzunluğunu 26 dəqiqə artırır.
Ümumiyyətlə, sağlam həyat tərzi üçün önəm verməli olduğumuz məsələlərdən biri də gündəlik qidalanmamızdır. Qəbul edilən qidalar orqanizmə həm mənfi, həm də müsbət təsir edə bilər.
Maraqlıdır ki, hansı qidalar ömrü qısaldır və ya ömrün uzanmağına səbəb olur?
Cebhe.info bununla bağlı araşdırma aparıb.
Ömrü uzadan qidalar:
*Alimlərin fikrincə, hər gün bol meyvə tərəvəz ömrü uzadan başlıca yeyəcək hesab edilir. Hətta gündə 3 porsiya tərəvəz yemək infarkt riskini 42 faiz azaldır.
*Yaşıl çay da ömrü uzadan içəcək hesab edilir. Tərkibində katexin olan yaşıl çay həzm sistemində xərçəng əmələgəlmə təhlükəsini 20 faiz azaldır.
*İnsan ömrünü uzadan ən təsirli içki qəhvədir. Gündə 1 fincan qəhvə ömrü təxminən 2 ilədək uzadır.
*Fındıq, yer fıstığı, qoz və badamdan ibarət çərəzi həftədə iki dəfə bir ovuc yemək ürək-damar xəstəlikləri riskini (infarkt) 25% azaldır. Nəticədə erkən ölüm riski aradan qalxır.
*Darçın qan şəkərini nizamlayır. Hər yeməkdən sonra içərisində darçın olan şiriniyyat yemək də orqanizm üçün xeyirlidr.
*Yerkökü dəri üçün çox faydalıdır. ABŞ-ın xərçəng xəstəliklərinin tədqiqatı İnstitutunun alimlərinin araşdırmasına görə karotin adlandırılan maddə ən çox kökün tərkibindədir və bu da dəri xərçəngi riskini 6 dəfə azaldır.
*Balıq və balıq məhsulları ürək və ürək xəstəlikləri üçün xeyirlidir. Bir sıra ət məhsulları yedikdə qanda xolesterinin miqdarı yüksəlir və bu ürək üçün ziyandır. Lakin balıq ətində “Omeqa 3” yağı vardır ki, bu da ürək qan-damar sisteminin işinin sürətləndirilməsində çox gözəl rol oynayır.
*Kartof qan təzyiqinin tənzimləyicisidir. Kartof yemək (400 qr. bişirilmiş kartof kifayətdir) qanda təzyiqin düşməsinə kömək edir.
Ömrü qısaldan qidalar:
*Marqarin yağ orqanizmdən yaxşı xolesterini çıxarır, pis xolesterinin səviyyəsini isə artırır. Marqarinin tərkibində trans yağlar olur. Bu yağlar xərçəng, ürək-damar, Alzeymer xəstəliklərinə səbəb olur.
*Qazlı içkilərin tərkibində suların tərkibində çox miqdarda şəkər olur. Bundan əlavə onlarda dadlandırıcı və süni rəngləyicilər də bol miqdardadır. Qazlı sular dişləri korlayır, böyrək, qaraciyər kimi orqanlara zərər vurur, piylənmə və diabetə gətirib çıxarır.
*Fəst-fudlara trans yağ, bol duz, qoruyucu maddə və kimyəvi maddələr vurulur. Bu qidalar həm damar xəstəliklərinə, həm duyğu pozuntularına, həm də metabolik xəstəliklər və xərçəngə səbəb ola bilər.
*ABŞ-da aparılmış araşdırma göstərib ki, ağ çörəyin daim istehlakı immun sisteminə mənfi təsir edir. Ağ çörəyin müntəzəm olaraq istehlakı xərçəng xəstəliyinin riskini artırır.
*Yüksək odda və qaynar yağda bişirilmiş cipsi məhsullarının tərkibində akrilamid maddəsi var. Cipsi döş, prostat və bağırsaq xərçənginə səbəb olur.
*Həddən artıq spritli içki qəbulu bədəninin su ehtiyatını tükədir, bu isə ödəmə, köklüyə, dəri problemlərinə, depressiyaya və qaraciyər yağlanmasına gətirib çıxarır.
*Mütəxəssislərin fikrincə, həftədə iki dəfə qırmızı və ya emal olunmuş ət yemək ürək-damar xəstəlikləri riskini 3-7 faiz, vaxtından əvvəl ölüm riskini isə 3 faiz artırır. Ətlə xərçəngə tutulma ehtimalının artması arasında da əlaqə olduğu bildirilir.
Qeyd edək ki, yeni bir araşdırmaya əsasən, az karbohidratlı pəhriz ömrü dörd ilə qədər qısalda bilər.
Karbohidratlı qidaların azlıq təşkil etdiyi Atkins kimi pəhrizlər çəki atmaq istəyənlər arasında getdikcə çox yayılır və bəzi xəstəliklərə tutulma riskini azaltdığı da üzə çıxıb.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi