Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 İyl 10:47Bolge-Xeberleri
Özü hədəfdə olan başçı indi də oğlu ilə GÜNDƏMDƏDİR... - İLGİNC
Respublikaxeber.az gundelik-baku.com-a istinadən bildirir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev təkcə böyüklərin deyil, uşaqların, hətta körpələrin də cibinə girir.
Bu adam “sağ əli” olan Rəfael ilə rayonda bir neçə uşaq bağçası, körpələr evi açıb. Və bağça biznesindən əməlli-başlı qazanır.
Bir soruşan yoxdur ki, şadlıq evlərin, xarici avtomobil bazarın, torpaq biznesin azlıq edir ki, indi də, nəvələrin yaşda uşaqların cibinə girirsən.
Adil Vəliyevlə Rəfaelin biznesi təkcə bağçalarla kifayətlənmir.
Rəfael Sabunçuda bahalı torpaqların siyahısını hazırlayıb icra başçısının stolunun üstünə qoyur və bazarlıq başlayır. Son 10 ildə Adil Vəliyev Sabunçunun ərazisini öz dədə malı kimi satır, milyonlar qazanır.
Bu adam o qədər tamahkardır ki, rayonun Kürdəxanı qəsəbəsindəki yol kənardındakı torpaqları satır, gölməçəri qurdub fərdi ev tikənlərə satır.
Sabunçunun Bakıxanov qəsəbəsində torpağın 1 sotunun qiyməti Adil Vəliyev icra başçısı olandan sonra 25-30 min manata qalxıb.
Adil Vəliyev Sabunçuda bütün yaşıllıqlara qənim kəsilib. Hətta xırda uşaqlar üçün nəzərdə tutulan parklarda kafe, çayxana açıb ticarət edir.
Adil Vəliyevin xeyli sayda “xəstəliyi” var. Amma ən dəhşətlisi avtomobil xəstəliyidir. Oğlu Ənvərin özünün xarici avtomobil parkı var. Ənvərdə ki, ayda 1-2 dəfə polisə aparılmasa, rahat olmur. Hər dəfə Adil Vəliyev “xeyli tərləyir”, kimlərəsə ağız açdırıb Ənvəri “kpz”dən çıxardır, amma yenə düzəlmir.
Yaxınlarının dediyinə görə, bu ata-balanın “özəl xəstəliyi” var, ata-bala uşaq vaxtı yıxılıb kəllə-beyin travması alıblar. Adil Vəliyev rayonun tabeliyində olan Maştağa qəsəbəsinə də tez-tez gedir. Amma səbəbini az adam bilir.
Bu adamın hiyləgərliyi həm də odur ki, şəxsi mülklərinin, restoranlarının, şirkətlərinin guya yuxarıda kiməsə məxsus olduğunu deyir.
Adil Vəliyev fərdi ev tikintisi ilə bağlı aldığı pulları guya Bakı Şəhər İcra Hakimiyyətinə verdiyini car çəkir.
Görəsən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bunu bilmir ?
Adil Vəliyev Sabunçu ərazisində plana düşmüş evlərdən yüz minlər qazanır.
Bu adamda islam dininə qarşı patoloji nifrət var, dini bayramları ələ salır, lağ edir. Görəsən, səbəbi nədir ?
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi