Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
16 Apr 13:21Bolge-Xeberleri
BİLƏSUVAR RAYONUNDA BİR KƏNDIN ANTİSANİTAR VƏZİYYƏTİ. BƏLƏDİYYƏ HARA BAXIR? YENİLƏNDİ
15 aprel 2021-ci il tarixdə Respublikaxəbər.az-ın rəhbəri Biləsuvar rayonunun Xırmandalı və Bəydili kəndləri ərazisindən keçərkən yolun kənar hissəsindən gələn iy (qoxu) ilə maraqlanmaq məqsədi ilə ətrafa baxış keçirib. Həmin vaxt Saytın rəhbəri Elyaz Gülüyev ətrafda böyük bir ərazinin zibillik olduğunu və orada it leşinin olduğunu görüb. Yaxınlıqda olan Biləsuvar RPİ-nin PPX-nin avtomobili ilə əraziyə nəzarət edən Sahə rəisinə də həmin mənzərəni göstərib. Həmin sahə rəisi it leşi olan ərazini telefonla çəkərək qeydə alıb. Lakin həmin ərazinin hansı kəndin inzibati ərazi dairəsinə aid olduğunu hər iki kənd İcra nümayəndəsindən öyrənə bilmədik. Hər ikisi öz inzibati ərazi dairəsinə aid olmadığını bildirdi.
17 aprel cənub bölgəsindən qayıdan zaman axşam saatlarında yenə eyni əraziə baxış keçirməyi düşündüm, Hesab etdim ki, bir gün öncə neqativ halın işıqlanmasından narahat olaraq ərazini təmizləyərlər. Lakin yenə də həmin it leşinin və ətraf mühitin daha da biyabırçı vəziyyətdə olduğunu gördüm. Əraziyə Polis Sahə rəisi Nicat müəllimi dəvət etdim, Nicat müəllim heç bir etiraz etmədən gələcəyini bildirdi. Daha sonra Xırmandalı kəndinin bələdiyyə sədri Xeyrəddin müəllimi və eləcə də hər iki kəndin İcra nümayəndəsinə zəng edərək həmin əraziyə birgə baxış keçirməyimizi və dərhal ərazinin yığışdırılmasını xahiş etdim. Hər biri müxtəlif bəhanələr uyduraraq əraziyə gəlməkdən imitina etdilər və Xeyrəddin müəllim etiraf etdi ki, həmin ərazinin anti-sanitar vəziyyətdə olmasından xəbərdardır. İki gün müddətinə təmizləyəcəyini və həmin problemin ictimailəşməməsini xahiş etdi. Heç kim əraziyə gəlmədiyi üçün mən də polis sahə rəisi Nicat müəllimə təkrar zəng edərək əziyyət çəkib gəlməməsini xahiş etdim. Çünki, bizim ikimizlə iş bitmədiyini və bizim vəzifə borcumuzun olmadığını bildirdim. Bu arada Biləsuvar Rayon, Xırmandalı kənd üzrə Ərazi Sahə Rəisi Nicat müəllimə təşəkkürümü bildirirəm. Odur ki, bununla bağlı tərəfimizdən Ölkə rəhbərimiz başda olmaqla, bütün aidiyyatı qurumlara və eləcə də Biləsuvar Rayon İcra Hakimiyyətinə rəsmi məlumat məktubu ünvanlayacağıq.
Həmin ərazinin görüntüsünü Siz izləyicilərimizə təqdim edirik. İzləməyi,paylaşmağı və kanalımıza abunə olmağı unutmamağınızı Sizdən xahiş edirik.
Qarşı tərəfi dinləməyə hazırıq!
Respublikaxəbər.az 0518310101
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər