Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
16 Okt 18:04Bolge-Xeberleri
ŞƏKİ DYP XƏBƏRDARLIQ EDİR
Respublikaxəbər.az-ın verdiyi məlumata görə Koronavirus (COVİD-19) pandemiyasının yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədi ilə Şəki Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir. Son günlər respublikamızın bir neçə rayonunda, o cümlədən Şəkidə koronavirusa yoluxmanın sayının artmasını nəzərə alaraq, bu sahədə aparılan profilaktiki tədbirlər daha da gücləndirilmişdir.Bundan əlavə, koronavirus infeksiyasına yoluxma hallarının çoxalması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən bir neçə rayonda, o cümlədən Şəkidə xüsusi karantin rejimi bir qədər sərtləşdirilmişdir.Belə ki, 2020-ci il 14 oktyabr saat 00:00-dan operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla Sabirabad şəhərinə, Sabirabad rayonunun 4 kəndinə eləcədə Şəki şəhərinə və Şəki rayonunun Kiş kəndinə giriş-çıxışın dayandırılması məqsədi ilə həmin inzibati ərazi vahidləri üzrə sutkalıq fəaliyyət göstərən postlar yaradılmışdır.
Şəki Şəhər Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev tərəfindən verilən məlumata əsasən, qərarın icrasını təmin etmək üçün 4 yerdə postlar qurulub. Postlarda polislə yanaşı, Daxili Qoşunların əməkdaşları da xidmətə cəlb edilib. Xüsusi karantin rejiminə əməl olunmasına ciddi nəzarət edilir. Tibbi maskadan istifadə etməyən hərəkət iştirakçıları barəsində inzibati tənbeh tədbirləri görülür.
Hərəkət iştirakçılarına müraciət edirik ki, tibbi maskadan mütləq şəkildə istifadə etsinlər, özlərinin və digər şəxslərin həyat və sağlamlıqlarını təhlükə altına atmasınlar.
Məlumat üçün bildiririk ki, respublikamızın bir neçə rayonunda, o cümlədən Şəkidə 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaqdır.
Sənəm Əliyeva Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi