Sorğu
Оцените работу движка

17 Sen 18:05Bolge-Xeberleri

Mingəçevirdə bıçaqlanan qadın xəstəxanada öldü

Mingəçevirdə bıçaqlanan qadın xəstəxanada öldü


Respublikaxəbər.az xəbər verir ki, Mingəçevir şəhərində tanışı tərəfindən bıçaqlanan qadın dünyasını dəyişib.

Mingəçevir şəhər prokurorluğundan verilən məlumatda bildirilir ki, sentyabrın 8-də Mingəçevir şəhər ərazisində Könül Mirzəliyevaya bıçaq xəsarətinin yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Anar İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Könül Mirzəliyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Sentyabrın 17-də Könül Mirzəliyevanın aldığı xəsarətdən müalicə olunduğu xəstəxanada ölməsi səbəbindən, Anar İsmayılovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməklə, o təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində Mingəçevir şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi