Sorğu
Оцените работу движка

07 Sen 11:15Bolge-Xeberleri

Biləsuvarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldı

Biləsuvarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldı



Respublikaxəbər.az xəbər verir ki, Biləsuvarda qaçaqmalçılıq yolu ilə külli miqdarda müxtəlif növ narkotik vasitələr, psixatrop və güclü təsiredici maddələr gətirən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat verib.

Bildirilir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayonunun Əsgərabad kənd sakini Musa Rəmiyev saxlanılıb.

Onun özünə məxsus müxtəlif növ narkotik vasitə, psixatrop və güclü təsirli maddələri saxladığı idman çantası Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində gizlətdiyi yerdən aşkar edilib.

Həmin çantadan ayrı-ayrı bükümlərdə ümumilikdə 7 kiloqram 637 qram narkotik vasitə tiryək, 284 qram heroin, 74 qram qurudulmuş marixuana, 2 kiloqramdan artıq psixatrop maddə metamfetamin və tərkibində güclü təsiredici maddələr olan 90 ədəd “Gabaprel 300” preparatları aşkar edilərək götürülüb.

M.Rəmiyevin həmin narkotik vasitə, psixatrop və güclü təsiredici maddələri İran İslam Respublikasından qanunsuz olaraq əldə etdiyi və qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi müəyyən edilib.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.




Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi