Sorğu
Оцените работу движка

24 Avq 09:35Bolge-Xeberleri

Leysan yağışlardan sonra gələn sel Goranboya külli miqdarda ziyan vurub - VİDEO

Leysan yağışlardan sonra gələn sel Goranboya külli miqdarda ziyan vurub - VİDEO


Goranboyda gecə yarısı başlayan yağış səhər saatlarında güclü selə səbəb olub.

Təbiət hadisəsi zamanı rayon ərazisində əkin sahələri su altında qalıb, elektirk enerjisi verlişində fasilələr yaranıb.

Təbiət hadisəsi zamanı Bakı – Qazax avtomagistralının Goranboy rayonu ərazisində yerləşən körpünün ətrafı sel suları ilə dolub. Avtomobillərin hərəkətində çətinlik yaranıb.

Rayonun Goran qəsəbəsi ərazisidən də güclü sel suları axıb. Əsasən əkin sahələrindən keçən lilli su orada heyvandarlıqla məşğul olan sakinlərin gediş – gəlişində çətinlik yaradıb.

Güclü yağış nəticəsində yaranan sel Goranboyun Balakürd kəndində daha böyük fəsadlara yol açıb. Bir neçə sakinin yonca, pambıq sahələri lil,qatının altında qalıb.

Təbiət hadisəsi zamanı Goran-Naftalan yolunun Balakürd kəndindən keçən hissəsində sel suları avtomobillərin hərəkətində çətinlik yaradıb. Adiyyatı qurumlar yolda təmizlik işləri aparıb.

Gecə saatlarında başlayan yağış nəticəsində Goranboyun Boluslu və bir neçə kəndində elektrik enerjisinin verilişi də dayanıb.






Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi