Sorğu
Оцените работу движка

17 Avq 17:05Bolge-Xeberleri

Şəkidə qəsdən həmkəndlisinin əmlakını yandıran şəxs tutuldu - FOTO

Şəkidə qəsdən həmkəndlisinin əmlakını yandıran şəxs tutuldu - FOTO


Şəki Şəhər Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsinə ərizə ilə müraciət edən rayonun Kiçik Dəhnə kənd sakini Tural Baqiyev ona məxsus yardımçı təsərrüfatın naməlum şəxs və ya şəxslər tərəfindən qəsdən yandırılması nəticəsində 1500 ədəd ot bağlamasının yandığını, bir baş iribuynuzlu heyvan və 70 ev quşunun tələf olduğunu bildirib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində zərərçəkmişə 12 min manat dəyərində maddi ziyan vuran şəxsin həmkəndlisi, əvvəllər məhkum olunmuş Səxavət Yusifov olduğu müəyyən edilib.


O, şübhəli şəxs qismində saxlanılıb.

S.Yusifov ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və sərxoş vəziyyətdə əmlakı məhv etdiyini, həmçinin, həmkəndlisi ilə əvvəlcədən ədavətinin olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.



Şəkidə qəsdən həmkəndlisinin əmlakını yandıran şəxs tutuldu - FOTO




Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi