Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
25 İyl 17:42Bolge-Xeberleri
Dəyərli alim, xeyirli ömür.
Baş redaktor Elyaz Gülüyev Azərbaycan elminin görkəmli siması olan tanınmış alimi bu gün doğum günü münasibətilə təbrik edib.
Təbrik mətnində deyilir:
"Hörmətli Yusif Şükürlü Hacıbala oğlu!
Sizi-doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Allahdan sizə möhkəm cansağlığı və Azərbaycan elminin inkişafı ilə bağlı strateji hədəflərin həyata keçirilməsində uğurlar arzu edirəm!
Keçdiyiniz həyat yolu hər bir Azərbaycan gənci üçün örnək sayıla bilər. Əminəm ki, zəngin həyat təcrübənizi bilik və bacarığınızı ölkəmizin gələcəyi naminə bundan sonra da əsirgəməyəcəksiniz!"
Sonda "Respublikaxəbər"portalı olaraq qeyd edək ki, Azərbaycan elminin inkişafında mühüm xidmətləri olmuş, xeyriyyəçi,maarifpərvər ziyalımız Şükürlü Yusif Hacıbala oğlu məhz bu gün 25 iyul tarixində Şəki rayon Baş Şabalıd kəndində ziyalı ailəsində anadan olmuşdur!
Tanınmış alimin ötüb gəldiyi illəri elə də tez vərəqləyib başa çatdırmaq mümkün deyil. Ömür xəzinəsi doludur, gələcək nəslə ötürə biləcək dürr dolu bu xəzinədə nələr var...
Biz deyərdik ki, Alim Yusif Şükürlü gözəl insan duyğuları, sözü- əməli bütöv şəxsiyyət kimi hamımızın üz tutacaq ziyalımızdır!
Biz də "Respublikaxeber". Az-ın bütün yaradıcı heyəti adından çox hörmətli alimimiz Yusif Şükürlünü doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,şəxsi həyatında, elmi yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Yusif Şükürov (Şükürlü) — Fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (11 iyun 2007), AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru (25 iyul 2020)
Şükürlü Yusif Hacıbala oğlu 27 oktyabr 1948-ci ildə Azərbaycanın Şəki rayonunun Baş Şabalıd kəndində anadan olmuşdur. 1954-cü ildə doğulduğu kəndin ibtidai məktəbinin birinci sinfinə getmiş və orada ibtidai təhsilini başa çatdırdıqdan sonra təhsilini Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbində davam etdirmişdir. 1965-ci ildə Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbi bitirmiş və 1966-cı ildə ADU-nun Fizika fakültəsinə daxil olmuşdur. O, diplom işini İ.V.Kurçatov adına AEİ-da (indiki rus. Российский научный центр "Курчатовский институт") yerinə yetirmişdir. 1971-ci ildə ali məktəbi bitirdikdən sonra təyinat üzrə Qəbələ rayonunda Tola kənd səkkiz illik məktəbində və Qəbələ Qiyabi Orta məktəbində fizika, riyaziyyat və kimya fənlərini tədris etmişdir. 1973-1974-cü illərdə isə həmçinin Tola kənd səkkiz illik məktəbində tədris işləri üzrə direktor müavini də işləmişdir.
1974-cü ilin avqustundan Şəki şəhərində 43 saylı Orta Təhsil verən Texniki Peşə məktəbində fizika müəllimi işləmiş və 1975-ci ildə istehsalatdan ayrılmamaq şərti ilə Azərbaycan EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur. 1975-ci ilin noyabrında Azərb.SSR EA Fizika institutunun nəzdində olan Səki Elmi bazasına - laborant vəzifəsinə işə keçmişdir. 1976-cı ilin oktyabrından kiçik elmi işçi seçilmiş, Akademiyanin Rəyasət Heyətinin qərarı ilə 1977-ci ilin sentyabrında Azərbaycan EA-nın Radiasiya Problemləri İnsititutuna keçirilmiş, 1987-ci ilə qədər orada kiçik elmi işçi vəzifəsində çalışmış, 1987-1990-cı illərdə baş elmi işçi vəzifəsində işləmişdir. 1990-cı ildən Şəki Regional Elmi mərkəzi sərbəstlik statusu alandan 1 dekabr 2008-ci ilədək “Biofizika” laboratoriyasına rəhbərlik etmiş, hal-hazırda həmin laboratoriyanın elmi fəaliyyətini tənzimləyir.
Yusif Şükürlü 1975-1992-ci illərdə isə Şəki şəhərinin müxtəlif məktəblərində əvəzçilik əsasında fizika müəllimi işləmişdir. 1992-1996-cı illərdə BDU-nun Şəki filialında baş müəllim, 7 mart 1996-cı il tarixdən isə əvəzçi dosent vəzifəsində çalışmış, 26 noyabr 2002-ci ildə müsabiqə yolu ilə, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Təbiət elmləri və tədrisi metodikası kafedrasının əvəzçi dosenti vəzifəsinə seçilmiş, 2008-ci ildən ADPU-nun Şəki filialının "Təbiət elmləri və onların tədrisi metodikası" kafedrasının dosentidir və 15 oktyabr 2014-cü il tarixədək həmin kafedranın müdiri vəzifəsində çalışmışdır. O, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında Bakalavr pilləsində və Yenidənhazırlanma fakultəsində mühazirə və seminarlar aparmış, buraxılış işlərinə rəhbərlik etmişdir. Hal-Hazırda o, ADPU-nun Şəki filialında mühazirələr, seminarlar və fizika praktikumu dərslərini tədtis edir..
Yusif Şükürlü AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixdə keçirilmiş iclasının qərarı ilə AMEA Şəki Regional Elmi Mərkzinin direktoru vəzifəsinə təyin edilmişdir.
Yusif Şükürlü 1984-cü ildən fizika-riyaziyyat elmləri namizədidir. O, 24 yanvar 1984-cü il tarixdə Azərbaycan Dövlət Universitetinin ixtisaslaşmış Şuranın (K-0540311) iclasında dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi (fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini almışdır. Hal-hazırda “Quruluş zülallarının fiziki xassələrinin məqsədyönlü dəyişdirilməsinin molekulyar-kinetik mexanizmləri” mövzusunda doktorluq dissertasiyası işini başa çatdırıb və ilkin müzakirə mərhələlərini keçmişdir.
Yusif Şükürlü apardığı elmi-tədqiqat işlərinin nəticələri ilə keçmiş İttifaq və respublika səviyyəsində konfranslarda çıxışlar etmiş, mətbuatda dərc olunmuş və müəlliflik şəhadətnamələri və patentlər almışdır. Onun çap olunmuş 74 elmi, metodik, tədris-metodik və bədii əsərləri var. Onlardan 60-ı fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiəsindən sonra dərc edilmişdir. Müdafiədən sonra və PhD müdafiə işinə aid olmayan 5 müəlliflik şəhadətnaməsi, 4 patent almış, Respublika əhəmiyyətli və müxtəlif xarici elmi jurnallarda 29 məqalə çap etdirmiş, 21 beynəlxalq və yerli elmi konfransların iştiralçısı olmuş və o konfransların materiallarında tezisləri, fizika praktikumuna aid 1 tədris-metodik məqalə (fizika praktikumu), innivativ istiqamətdə 1 metodik vəsaiti (2,5 ç.v.), biri ümumi fizika kursuna aid (46,2 ç.v.) və biri fizikanın dalğa optikası bəhsinə aid (4,75 ç.v.) olmaqla 2 dərs vəsaiti, biri elmi-fantastik (14,25 ç.v.) və biri ədəbi-bədii (14,5 ç.v.) olmaqla 2 bədii kitabı və "Quruluş zülalları" adında (23,7 ç.v.) monoqrafiyası (rusca) çap olunmuşdur.
Kitablardan biri Yusif Şükürlünün otuz illik elmi axtarışlarını əks etdirən 23,7 çap vərəqi həcmində “Quruluş zülalları” adlı monoqrafiyadır ki, bu əsər 2006-cı ildə AMEA-nın “Elm” nəşriyyatında çapdan çıxmışdır. 2008-ci ildə isə AMİ-nin “Müəllim” nəşriyyatında 4,75 çap vərəqi həcmində “İşığın dispersiyası” adlı dərs vəsaiti nəşr edilmişdir. Digər kitabı insanın Yer planetində təşəkkül tapmasına həsr edilmiş və Kosmopaleokontakt nəzəriyyəsinə əsaslanan 14,25 çap vərəqi həcmində “Yetti” adlı elmı-fantastik romandır. 2004-cü ildə onun 14,5 çap vərəqi həcmində olan şeirlər, hekayələr və povestlərdən ibarət “Çəhrayı gödəkçə” adlı bədii kitabı da çap edilmişdir. Yusif Şükürlü 11 iyun 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Yusif Şükürlünün ümumi fizika, nəzəri fizika, nəzəri mexanika, elektrotexnika və radioelektronika və biofizika fənlərindən oxuduğu mühazirələr, apardığı seminar və laboratoriya işləri, buraxılış işlərinə rəhbərliyi və s. Təbiət elmləri və tədrisi metodikası kafedrasının əməkdaşları və Filialın rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməkdədir. Yusif Şükürlünün mühazirələri müasir elmi-pedaqoji səviyyəyə malik olması, orjinallığı, mövzuları ətraflı şərhi və müasir informasiya-kommunikasiya texnologiyasından geniş istifadə edilməsi ilə fərqlənir.
Yusif müəllim yetkin alim və istedadlı təşkilatçıdır. O, AMEA Şəki Regional Elmi Mərkzinin (REM) direktoru vəzifəsinə təyin dörd ildən bir az çox müddətdə REM bir çox nəaliyyətlərə imza atmış, çap olunan elmi məqalələrin, konfrans materiallarının, monoqrafiya, tədris və dərs vəsaitlərinin sayı kəskin artmışdır.çoxalmış, yeni-yeni patent və ixtiralara nail olunmuş və bu tendensuya artan templə davam etdirilir. dünyanın elm aləmində öz yeri olan müəssisəyə çevrilmişdir. Hal-Hazırda Şəki REM-in 20-dən çox dissertantı və doktorantı var. Burada gənc tədqiqatçılara xüsusi qayğı ilə yanaşılır və Yusif müəllim iki dissertantın elmi işinə rəhbərik edir.
1973-cü ildən evlidir. Şəki şəhərində yaşayır. İki övladı və dörd nəvəsi var.
"Respublikaxeber.Az" saytının Təsisçi və baş redaktoru
Elyaz Gülüyev
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi