Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 İyn 02:17Bolge-Xeberleri
ŞƏKİNİN ŞİN KƏNDİNDƏ YERLƏŞƏN "ŞİN ŞADLIQ SARAYI"- NIN MƏSUL İŞÇİSİ QANUNSUZ OLARAQ YOLU QAZIB.
RESPUBLİKAXƏBƏR.AZ,xəbər verir ki, 15 iyun 2022-ci il tarixdə Şəki rayon, Baş Göynük kəndindən, Şin, Baş Layısqı və Qumux kəndləri istiqamətinə gedəın yolun kənarı qanunsuz olaraq qazılmışdır. Belə ki, Respublikaxəbər.az-ın rəhbəri, Şəki rayon, Baş Şabalıd kəndində yaşayan Gülüyev Elyaz Ağasəf oğlu, yuxarıda qeyd edilən tarixdə yolun kənarının texnika ilə qazıldığını görüb, kim tərəfindən qazılması barədə məlumat almaq istəsə də istəyinə nail ola bilməyib. Daha sonra Elyaz Gülüyev Baş Göynük bələdiyyəsinin sədri Yusif Hüseynəliyevə məlumat verib,yolun kənarının qanunsuz olaraq qazıldığını bildirib. Yusif Hüseynəliyev də həmin əraziyə gəlmiş, qazılan yerə baxmadan Elyaz Gülüyevə kobud cavab verərərk "GUYA SƏN QANUNİ BAĞLAMISAN" deyə sual vermişdir. Onu da qeyd edək ki, Elyaz Gülüyev, bələdiyyə səıdri Yusif Hüseynəliyevə cavabında bildirib ki, "Bəli! mən düz edirəm!" ona görə ki, Baş Göynük bələdiyyəsi bu ərazini mənə 2013-cü ildə satmışdır. Bundan sonra bələdiyyə sədri Elyaz Gülüyevin verdiyi möhtəşəm cavabın qarşısında aciz qalaraq qəmgin şəkildə şadlıq evinə dəvət edildiyi toy mərasiminə gedir. Onu da qeyd edək ki, Elyaz Gülüyev deyir ki, Yusif müəllim, restorana daxil olarkən mənə bir söz dedi,həmin söz məni hədsiz dərəcədə kövrəltdi və bələdiyyə sədri Yusif müəllimin namaza başladığını (ibadət əhli olduğunu) hiss etdim. Yusif müəllim nə dedi? "BU DÜNYADAN HEÇ KİM HEÇNƏ APARMAYIB" Amma Elyaz Gülüyev nə qədər kövrəlsə də, sonradan Yusif Hüseynəliyevin ona "Mənim özümə saxladığım 87 sot torpaq sahəm var, kadastrı da var, gəl,onu verim sənə" desə də, sonradan verməyə əli gəlmədiyi yadına düşür. Nəticə etibarı ilə diqqətinizə çatdıraq ki, 15 iyun 2022-ci il tarixdə səhər saat 11 radələrində Elyaz Gülüyev, "ŞİN ŞADLIQ SARAYI"-na əvvəllər vərdiş edilmiş daxil olan yolu təxminən 10-15 sm hündürlüyündə, 10 metr uzunluğunda bir daş boyu bağlamışdır. Səbəini isə belə bildirdi ki, restorana daxil olan avtomobil yolu 2013-cü ildə Baş Göynük bələdiyyəsinin qərarı ilə ona satılmış, (verilmiş), lakin hazırda həmin ərazinin örüş yeri olduğunu bildirilmişdir. Elyaz Gülüyev də Baş Şabalıd kəndində yaşayan bir sakin kimi həmin ərazinin örüş yeri olmasını nəzərə alaraq, ətrafını qeyd edilən şəklildə bağlamışdır ki, avtomobillər daxil olmasın, orada ot bitsin. Daha sonra Elyaz Gülüyev AAYDA--nin Şəki Regional Yolların Mühafizəsi Xidmətinə zəng edib, həmin idarənin əməkdaşları gəlib hadisə yerinə baxış keçirərək fotoşəkilləri çəkmiş və getmişdirlər. Səhəri gün, (16 iyun 2022-ci il tarixdə) isə AAYDA--nin Şəki regionalni Yolların Mühafizəsi Xidməti idarəsinin əməkdaşı Elyaz Gülüyevə zəng edərək həmin yeri,"ŞİN ŞADLIQ SARAYI"-nın Azad adlı məsul işçisinin qazdırdığını və onun barəsində inzibati protokol tərtib edildiyini bildirib. Hazırda araşdırma davam edir. Sonda onu da qeyd edək ki, Elyaz Gülüyev onu da bildirib ki, Baş Göynük kənd bələdiyyəsinin sədri restorana yeni avtomobil yolu verib. Həmin avtomobil yolu da Azərişıq idarəsin balansındadır. Yəni ki, avtomobillər elektrik xəttlərinin altından keçirlər. Bu barədə də Elyaz Gülüyev Baş Göynük bələdiyyəsinin sədri Yusif Hüseynəliyevin barəsində (İnsan həyatını təhlükədə qoyması ilə bağlı bütün aidiyyatı qurumlara müraciət məktubu hazırlayır.
Respublikaxəbər.az
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər