Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
17 Fev 15:25Bolge-Xeberleri
Gəncədə fərqlənən dövlət qulluqçuları təltif edilib - FOTO
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov və Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cavad Cavadovu təltif edib.
Respublikaxeber.az xəbər verir ki, İH-dən APA-ya verilən xəbərə görə, onlara Gəncə şəhərinin ictimai-siyasi həyatında və dövlət qulluğunda göstərdikləri səmərəli fəaliyyətlərinə görə “Təşəkkürnamə” verilib. Bununla yanaşı, Niyazi Bayramov Həsən Məmmədovu 50 illik yubileyi münasibəti ilə təbrik edərək ona işlərində müvəffəqiyyətlər arzulayıb.
Həsən Məmmədov və Cavad Cavadov öz növbələrində şəhər rəhbərinə göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Məmmədov Həsən Surxay oğlu 1972-ci il fevral ayının 17-də anadan olub. 1993-cü ildə indiki Azərbaycan Dövlət Aqrar Universitetini bitirib. İş fəaliyyətinə 1992-ci ildən başlayan Həsən Məmmədov müxtəlif vəzifələrdə çalışıb. 1993-cü ildən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatında müxtəlif vəzifələrdə, o cümlədən Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı vəzifələrində işləyib. Hazırda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirir. 2015-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Cavadov Cavad Fuad oğlu 19 yanvar 1984-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit ixtisası üzrə təhsili alıb. Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib. O, əmək fəaliyyətinə 2003-cü ildən başlayıb. 2019-cu ildən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçisi, daha sonra isə şöbənin müdiri vəzifəsində işləyib. 16 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə orqanlarına qulluğa qəbul olub.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi