Sorğu
Оцените работу движка

03 Fev 18:03Bolge-Xeberleri

Quba polisi oğrunu iş başında yaxaladı

Quba polisi oğrunu iş başında yaxaladı


Qubada oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Respublikaxeber.az KONKRET.az-ın şimal bürosuna istinadən xəbər verir ki, Baş Mühafizə İdarəsinin Quba Regional Mühafizə Şöbəsinin əməkdaşları rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən Süleyman Nəsrullayevi cinayət başında yaxalayıblar.

Axşam saatlarında xidmətdə olan polis əməkdaşları bir nəfərin sərxoş vəziyyətdə “Əczaxana” və “Məktəbli ləvazimatları” mağazalarının şüşəsini qıraraq oğurluğa cəhd etdiyini görüblər. Dərhal hərəkətə keçən polis əməkdaşları Xaçmaz rayon sakini Süleyman Nəsrullayevi saxlayaraq Quba Rayon Polis Şöbəsinə gətiriblər.

Araşdırmalar zamanı həmin şəxsin, rayon ərazisindəki mağazalardan bir neçə gün əvvəl də oğurluq etdiyi məlum olub.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi