Sorğu
Оцените работу движка

02 Fev 13:16Bolge-Xeberleri

Gənclər bayramlarını işğaldan azad olunmuş torpaqlarda qeyd etdilər - FOTO

Gənclər bayramlarını işğaldan azad olunmuş torpaqlarda qeyd etdilər - FOTO

2 Fevral - Gənclər Günü münasibətilə “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup gəncin işğaldan azad olunmuş Zəngilan rayonuna səfəri təşkil olunub.

Səfərin əsas məqsədi Zəngilan şəhərinin işğaldan sonrakı vəziyyəti, erməni vandalizminin acı nəticələri və rayonda hazırda aparılan bərpa-quruculuq işləri ilə gənclərin yaxından tanış olması, onların öz bayramlarını işğaldan azad olunan və dirçəldilən torpaqlarımızda qeyd etməsinə şərait yaratmaqdı.

Səfərdə hər iki təşkilatın nümayəndələri, Vətən müharibəsi qaziləri, Qarabağ gəncləri, “Böyük Qayıdış” və “Aqrar İnkişaf” könüllüləri, həmçinin media nümayəndələri iştirak ediblər. Səfər zamanı gənclər rayonun Ağalı kəndində xüsusi ayrılmış ərazidə ağaclar əkərək quruculuq işlərinə öz töhfələrini veriblər. Yekunda hər iki təşkilat arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb, səfər və əməkdaşlıqla bağlı mətbuata açıqlamalar verilib.

Bildirilib ki, Zəngilan rayonu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Zəfər sayəsində işğaldan azad edilib, əsl sahiblərinə qaytarılıb. İndi Zəngilan, bütünlüklə Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur, dirçəlir. Gənclərimiz artıq müzəffər xalqın gəncləri olaraq, böyük qürurla Ulu Öndərin adı ilə bağlı olan Gənclər Gününü - öz bayramlarını işğaldan azad olunmuş torpaqlarda qeyd edirlər.








Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi