Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
19 Yan 15:57Bolge-Xeberleri
ANAMA bu kəndlərdə İcma Komitələri YARATDI - RƏSMİ
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi olan kəndlərdə İcma Komitələri yaradıb.
Respublikaxeber.az xəbər verir ki, bu barədə KONKRET.az-a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, yanvarın 18-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndində mina hadisəsi baş verib. Kənd sakini 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu təhlükəli hesab edilən keçmiş təmas xətti ərazisi istiqamətində hərəkət edərkən mina partlayışı nəticəsində xəsarət alıb. Baş verən piyada əleyhinə mina partlayışı nəticəsində kənd sakininin sol ayağı dizdən aşağı amputasiya olunub.
“Agentlik tərəfindən Goranboy və müharibədən zərər çəkmiş digər rayonlarda mütəmadi olaraq mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirmə fəaliyyəti icra edilir. Baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq məqsədilə mina təhlükəsi ilə mübarizə istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üçün kəndlərdə icma qrupları yaradılır. İcma qruplarının fəaliyyətinin əsas məqsədi mina təhlükəsinə dair kənd sakinlərini, fərdi sahibkarlıq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sakinlərin təhlükəli ərazilər, partlayıcı sursatların törədə biləcəyi risklər barədə maarifləndirilməsi, İcma Komitələrinin yaradılması, rayon icra strukturları ilə əlaqələndirilməsi, son məlumatların ANAMA-da toplanılmasının təmin edilməsindən ibarətdir.
ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır”, – məlumatda qeyd edilib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi