Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
17 Yan 11:47Bolge-Xeberleri
Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
Respublikaxeber.az bildirir ki, Ramiz Mehdiyevin ailə biznesinə, kürəkəni İlham Əliyevə aid olan "YENİ GƏNCƏ" Tibb Mərkəzinin fəaliyyəti növbəti dəfə narazılığa səbəb olub. Belə ki, Gəncədə yerləşən özəl səhiyyə müəssisəsinin həkimi - Neyrocərrah Dr. Zaur Ramixanovun uğursuz əməliyyatı nəticəsində Kərimi Sevinc Samil qızı görmə qabiliyyətini itirib. Bu barədə məlumatı xəstənin valideyinləri yayıblar. Eləcə də şikayətçi olan valideyinlər sosial şəbəkə üzərindən "Yeni Gəncə" Tibb Mərkəzinin Neyrocərrahı Dr.Zaur Ramixanovdan və klinikanın fəaliyyətindən ölkənin baş prokuroru Kamran Əliyevə də müraciət ediblər.
Ötən gün yayılan məlumatlardan o da aydın olur ki, valideyinləri övladlarının əməliyyatı üçün klinikaya 10 min manata yaxın vəsait ödəyiblər. Neyrocərrah Dr. Zaur Ramizxanovun uğurlu əməliyyat vədlərinə inanıblar. Lakin, əməliyyatdan sonra qızcığazın görmədiyini müəyyən ediblər.
Hazırda ailə üzvülərinə məxsus olan qızıl-ziynət əşyalarının bankda girovda olduğu, maddi sıxıntıda olduqları bildirilir. Xəstənin isə yenidən əməliyyat olunmaqdan başqa çarəsi qalmır. Kərimi Sevinc Samil qızının ailə üzvləri haqlı olaraq Gəncədəki "Tibb Mərkəzi"nə ödədikləri maddi vəsaitin geri qaytarılmasını tələb kimi qoyaraq ölkə rəhbərliyinə şikayətlər edirlər. Həkim Zaur Ramixanovla görüşmək isə şikayətçilərə heç bir fayda verməyib, əksinə, həkim bildirib ki, əməliyyat zamanı pasientin beynində damarın zədələnməsindən xəbərsiz olub və onun üçün xəstə paytaxt Bakıya aparılıb müayinə və müalicə olunmalıdır.
Vətəndaşlar klinikaya ödədikləri vəsaitin geri qaytarılması üçün ümidlərini Baş prokuror Kamran Əliyevə və ölkənin I vitse-prezidenti xanım Mehriban Əliyevaya bağlayıblar.
İnanırıq ki, "Yeni Gəncə" Tibb Mərkəzində baş verən özbaşınalığa aydınlıq gətiriləcək, adıkeçən xəstənin sağalması və ailəyə dəymiş maddi ziyanın geri ödənilməsi təmin ediləcəkdir.
Səsləndirilən iddialarla bağlı qarşı tərəf susqunluq nümayiş etdirib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi