Sorğu
Оцените работу движка

13 Yan 09:13Bolge-Xeberleri

Gəncədə şəhid adından istifadə edən dələduz saxlanıldı

Gəncədə şəhid adından istifadə edən dələduz saxlanıldı

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən Müharibəsi şəhidinə ehsan bulağı tikdirmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Respublikaxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, şəhər sakini Anar Ağayev yaşadığı binanın sakinlərindən Vətən Müharibəsi şəhidinə ehsan bulağı tikdirəcəyini vəd edərək sakinlərin müxtəlif məbləğlərdə pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib.

Saxlanılaraq istintaqa təhvil verən Anar Ağayev törətdiyi cinayət hadisəsini etiraf edərək əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərclədiyini bildirib. Hazırda həmin şəxs barəsində araşdırmalar davam etdirilir.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi