Sorğu
Оцените работу движка

28 İyn 19:41Bolge-Xeberleri

Qazaxda 48 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib

Qazaxda 48 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib

Qazax rayonunda 30 yaşlı kişi qohumunu öldürüb.

“Report”a istinadən Respublikaxəbər.az-ın məlumatına görə, Aslanbəyli kənd sakini, 1972-ci il təvəllüdlü Telman Kavı oğlu Əhmədov mübahisə zəminində qohumu, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Fərrux Kamran oğlu Məmmədov tərəfindən bıçaqlanıb.

Bildirilir ki, Telman Əhmədov hadisəni törətməkdə şübhəli bilinən, 1990-cı il təvəllüdlü Fərrux Məmmədovun anasının əmisi nəvəsidir.

Bakı şəhər qeydiyyatında olan, F.Məmmədov anasının babasıgilə qonaq gedib. Bu zaman onunla qonşuluqda yaşayan qohumu T.Əhmədovla hələlik bilinməyən səbəbdən mübahisə yaranıb. Bu zaman T.Əhmədov bıçaqlanıb.

O, ağır halda Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən F.Məmmədov saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi