Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
16 Sen 18:49Bolge-Xeberleri
“Azərbaycan Xankəndi və ətrafında yaşayan ermənilərə qaz, su, işıq və təqaüd verməlidir, əks halda...” - AÇIQLAMA
“Dünən İnternet TV kanalların birində canlı yayımda müsahibədə idim. Əsas mövzu Xankəndi və ərtafında yaranan vəziyyət, “sülhməramlıların” suallar və etiraz yaradan fəaliyyəti, çıxış yolları haqqında idi. Suallara cavab verərkən populistlərin rirorikasını kənara qoyub rasional danışmağa çalışdım, sonra görürəm ki, şərhlərdə bəziləri yenə ağızlarına gələni yazıblar, heç bir arqument gətirmədən pafos qusurlar”.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə REAL-ın icra katibi Natiq Cəfərli özünün Facebook hesabında yazıb. O söhbətin nədən getdiyini belə izah edib: “Çıxışda dedim ki, “sülhməramlıların” Xankəndi və ərtafından yaxın illərdə çəkilməsini təmin etmək üçün əzəli torpaqlarımızda yaşayan erməni əslilli azərbaycanlılarla, bizim vətəndaşlarla birbaşa təmasa keçməliyik, onların ölkəyə inteqrasiyası üçün çalışmalıyıq. Bunun yollarından biri də Xankəndi və ətrafında yaşayan erməni əsilli vətəndaşlarımızı kommunal xidmətlərlə təmin etməkdir. Bu gün həmin bölgəmizə işıq və qaz Ermənistandan, su isə ərtaf bölgələrdən gəlir. Bizim Ermənistanla hələ ki, heç bir rəsmi münasibətlərimiz, müqavilələrimiz yoxdur. Faktiki olaraq Ermənistan qaçaq yolla bizim ərazimizə elektrik enerjisi və qaz ötürür. Yəni, heç bir rəsmi müqavilələr olmadan ərazimizdə kommunal xidmət göstərir, bu isə yolverilməzdir. Azərbaycan dövləti Xankədi və ətrafında yaşayan vətəndaşlarımızın elektrik enerjisi, qaz və su ilə təminatını öz üzərinə götürməlidir. Ermənistandan gələn xəttlər kəsilməli, əvəzində bizim “Azəriqaz”, “Azərsu”, “Azərenerji” Xankəndi və ətrafına yeni kommunikasiya xəttləri çəkməli, erməni əsilli vətəndaşlarımızı həmin xəttlərə qoşmalıdır. Sayğacların quraşdırılması və əhalinin siyahıya alınması baş verməlidir, ödənişlər üçün Xankəndi və digər yaşayış məntəqələrimizdə ödəniş aparatları qurulmalı, manatla ödənişlərin qəbuluna başlanmalıdır. Hətta, Xankəndi və ətrafında yaşayan təqaüd yaşında olan erməni əsilli vətəndaşlarımıza pensiya ayrılmalı, onlara bank kartları paylanılmalı, ərazidə bankomatlar quraşdırılmalıdır. Belə addımlarla Xankəndi və ətrafında yaşayan erməni əsilli vətəndaşlarımızı ölkənin kommunikasiya xəttlərinə və maliyyə sisteminə inteqrasiya etdirə bilərik. Əgər Ermənistandan qeyri-qanuni gələn xəttlər kəsiləcəksə, orada yaşayan insanların bizim sistemə inteqrasiya olmaqdan başqa çarələri qalmayacaq”.
Natiq Cəfərli daha sonra bildirib ki, Kremlin buna imkan verib-verməyəcəyi haqda sual yaranacaq. Lakin bu imkanın əldə edilməsinin də yolları var: “Nəticə etibarı ilə Moskvaya fərq etmir ki, o elektriki enerjisini və qazı kim verir. Hətta könüllərini pulla almaq üçün Rusiyadan aldığmız qazın, enerjinin həcmini bir az da artıra bilərik, başqa yollar da var, hər şeyi açıq yazmaq da olmur. Bunları demişəm və görürəm ki, şərhlərdə pofos qusanlar söyməyə, təhqir etməyə başlayıb: “biz indi erməniyə işıq-qaz verək”, “bu nə danışır, ermənipərəstdir”, “bunun başı xarab olub” – hələ mən mədəni şərhlərdən sitatlar gətirdim. Ölkədə boğazdan yuxarı pülüyən “siyasətçilər” var və bu böyük təhlükədir. Başa salırsan ki, ay bala, Xankəndində yaşayan erməni əsilli insanlar bizim vətəndaş deyil? Demirsiz Xankədinə nəzarət etməliyik? Dövlət öz vətəndaşına kommunal xidmət göstərməli deyil, təqaüd ödəməli deyil bəs?! İstəmirsiz “sülhməramlılar” oradan çıxsın?! Bunun tək yolu erməni əsilli vətəndaşlarımızın ölkəyə inteqrasiyasıdır! Başqa nə yol təklif edirsiz?! Hücum edib Moskvaya qədər gedəcəksiz?! Biz erməni əsilli vətəndaşlarımızı dışladıqca, onlar rusun qucağına daha bərk oturacaq. Bu zaman onları qucaqdan qoparmaq mümkünsüz olacaq. Zatən Kreml o qondarma qurumu de-fakto tanıyıb, biz aktiv olmasaq məqamı gəlsə, “rusməramlıların” burnu biz tərəfdan qanasa həmən “de-jure” də tanıyacaqlar. Bunu istəyirsiniz?! Siyasət məsuliyyətli işdir, bacarıq, elm, analitik düşüncə tələb edir. Bəziləri elə bilir ki, siyasət qışqırmaqdır, pafos qusmaqdır, yekə-yekə danışmaqdır”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi