Sorğu
Оцените работу движка

01 Sen 16:32Bolge-Xeberleri

Bu istiqamətdə Ordumuz atəş açmayıb - Rəsmi

Bu istiqamətdə Ordumuz atəş açmayıb - Rəsmi

Son vaxtlar Ermənistanın rəsmi və qeyri-rəsmi nümayəndələri Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən atəşkəsin pozulması, meşə yanğınlarının törədilməsi, mal-qara oğurluğu, kənd sakinlərinə qarşı müxtəlif təzyiqlərin edilməsi və digər mövzularda əsassız iddialara söykənən bəyanatlar yayırlar.

Respublikaxeber.az xəbər verir ki, Müdafiə Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, bu gün Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu tərəfindən snayper tüfəngindən açılmış atəş nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə yayılan məlumat da yalandır, təxribat xarakteri daşıyır. Bu gün məlumatda göstərilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən heç bir atəş açılmayıb.

Bildiririk ki, Ermənistan ordusunda baş verən cinayətlər və qanlı insidentlər orada hökm sürən özbaşınalıq və nizamnamədən kənar münasibətlərin nəticəsidir və bu hadisələrin Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi