Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Avq 09:19Bolge-Xeberleri
İcra başçısının şübhəli “Lələtəpəsi” – Ağcabədidə şəhid adları neçəyə əbədiləşdirilir?
Ağcəbədi Rayon İcra Hakimiyyəti şəhidlərin adlarının əbədiləşdirilməsi üçün küçəyə vurulan xatirə lövhələrinin düzəldilməsi və respublika əhəmiyyətli bayram tədbirlərinin keçirilməsi üzrə satınalma müsabiqələrinə yekun vurub.
Respublikaxeber.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hər iki müsabiqənin qalibi “Lələtəpə” MMC-dir. Qurum xatirə lövhələrinə görə şirkətə 26 208 AZN, bayram tədbirlərinə görə isə 37 380 AZN ödəməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Lələtəpə” MMC 18 dekabr 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Ağcəbədi rayonu, Ağcəbədi şəhəri, Heydər Əliyev prospekti, ev 128-də yeləşir. MMC-nin qanuni təmsilçisi Camalxanova Aygül Əli qızıdır.
Açıq mənbələrdə “Lələtəpə” MMC və onun qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. Araşdırmalar nəticəsində isə bəlli olur ki, “Lələtəpə” MMC əsasən Ağcəbədi Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi olur.
Bundan əvvəl İcra Hakimiyyəti ilə şirkət arasında maliyyə dəyəri 41 500 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. Maraqlıdır ki, həmin müqavilədə də respublika əhəmiyyətli bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
Araşdırmalar zamanı o da məlum olub ki, “Lələtəpə” MMC-nin qanuni təmsilçisi Aygül Camalxanov “Elçin TTQİ” MMC, “Qarabağ İnşaat-2016” MMC və “RCİ-İnkişaf 2014” MMC-nin qanuni təmsilçisi Camalxanov Rövşən İbrahim oğlu ilə eyni ünvanda qeydiyyatdadır.
Ehtimal etmək olar ki, bu şirkətlər onlara məxsus deyil. Camalxanovlar sadəcə kimlərinsə tender oyunlarında xırda fiqurantlar ola bilər.
Məlumat üçün deyək ki, Ağcabədinin icra başçısı Rafil Hüseynovdur. O 2019-cu ildən rayona rəhbərlik edir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi