Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
20 Avq 16:27Bank
Prezidentin banklarla bağlı Sərəncamı: 17 ildir icra olunmur - Bu, NƏ DEMƏKDİR?
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun bu ilin I yarısındakı faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Cari ilin ikinci rübündə biznes kreditləri artan və azalan banklar “Express Bank”, “Azər-Türk Bank”, “Premium Bank”, “Bank BTB”, “Muğan Bank”, “Azərbaycan Sənaye Bankı”, “Xalq Bank” və “AFB Bank” ASC-lər, eləcə də “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lərdir. Ən çox azalma “AFB Bank”da (54%), ən az azalma isə “Express Bank”da (3,3%) qeydə alınıb. Qalan 16 bankın isə faiz gəlirləri artıb.
Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (85,3%), ən aşağı dinamika isə “Bank Respublika” ASC-də (2,9%) qeydə alınıb. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-sının bu ilin I yarısındakı faiz gəlirləri 40 milyon manatdan çox olub. Bunlar “Kapital Bank” (226 milyon 785 min manat), “Azərbaycan Beynəlxalq Bankı” (215 milyon 429 min manat), “PAŞA Bank” (128 milyon 819 min manat), “Unibank” (54 milyon 712 min manat) və “Xalq Bank” (47 milyon 250 min manat) ASC-lər, “Access Bank” QSC-dir (46 milyon 986 min manat).
Qalan 20 bankdan 12-sində faiz gəlirləri 10-40 milyon manat arasında, 8 bankda isə 10 milyon manatdan azdır. Ən çox azalma “AFB Bank”da (54%), ən az azalma isə “Express Bank”da (3,3%) qeydə alınıb. Qeyd edək ki, bu gün ölkədə bir sıra bankların fəaliyyətinin zəif olması müxtəlif səbəblərlə əlaqələndirilir.
Mütəxəssislər bunu hazırda kredit faizlərinin yüksək olması, Mərkəzi Bankın nəzarətinin olmaması və s. ilə izah edirlər. Bu gün Azərbaycan kredit faizlərinin ən yüksək olduğu ölkələrdən biri sayılır. Milli Məclisdə bu istiqamətdə müzakirələr zamanı bəzi millət vəkilləri də öz çıxışlarında bildiriblər ki, ölkədə 25, hətta 35 faizlə kredit verən banklar var. Ekspertlərin fikrincə, ölkədə depozit və kredit bazarında 4-5 bank hegemonluğa malikdir. Yəni az qalsın, bütün əməliyyatların 75 faizi, 4-5 bankın üzərindədir. Bunu isə onunla əlaqələndirirlər ki, inhisarçılıq meyilləri var və bank sektoru tam liberal deyil. Tam rəqabətli mühit yaradıla bilməyib və nəticə etibarilə 4-5 bankın dominantlığı bütün bank sektoruna təsir edir.
Ölkədə fəaliyyət göstərən 26 bankdan 10-nun bu ilin I yarısındakı faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə azalıbsa, onların digər banklara birləşdirilməsi mümkündürmü və mövcud vəziyyət Mərkəzi Bankın nəzarətinin zəif olmasından irəli gəlir?
Respublikaxeber.az xəbər verir ki, Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, indiki dövrdə, yəni pandemiya şəraitində nəinki Azərbaycanda, bütün dünyada xeyli şirkətlərin, o cümlədən bankların gəlirliliyi aşağı düşüb:
“Bu baxımdan, vəziyyət başa düşüləndir və hər bir halda bu məsələyə inzibati qaydada yanaşmağın əleyhinəyəm. Əsas odur ki, banklar düzgün və etibarlı idarə olunsun. Qanunun tələblərini və Mərkəzi Bankın müəyyən etdiyi potensial normativləri pozmasın. Əgər pozmurlarsa, fikrimcə, fəaliyyətlərinə davam etməlidir. Bizim də tariximizdə elə banklar olub ki, çox yüksək gəlirliliklə fəaliyyət göstərib, ancaq riskləri də çox olub, nəticədə birləşiblər. Yəni gəlir var, eyni zamanda riskləri, öhdəlikləri, borcları da artır və onları yerinə yetirə bilmir, miflisləşir. Bu baxımdan, gəlirin az olmasını yeganə meyar kimi götürüb bankların qiymətləndirilməsinin tərəfdarı deyiləm, bu məsələyə kompleks şəkildə baxmaq lazımdır”.
Bankın gəlirinin niyə azalmasına gəldikdə isə ekspertin fikrincə, buna səbəb kredit verilməməsidir: “Kredit verə bilməməsinin səbəbi isə odur ki, ya pulu azdır, ya da sadəcə normal müştəri tapa bilmir. İndiki dövrdə normal müştəri tapıb ona borc vermək də çətindir. Faizlərin yüksək olması yalnız gəliri aşağı olan bankların problemi deyil, bütövlükdə bizim bank sistemimizin problemidir. Bizdə əmanətlər üzrə də faizlər yüksəkdir. Bank əgər yüksək faizlə əmanət qəbul edirsə, təbii ki, kredit də veriləndə onun faizi yüksək olur”.
Ekspert deyir ki, Mərkəzi Bankın nəzarəti normal olsaydı, son 5-6 ildə 15-dən çox bank müflisləşməzdi:
“Mərkəzi Bankın nəzarəti qənaətbəxş deyil. Xarici ölkələrdə, o cümlədən, Qərbi Avropada, Almaniyada neçə onilliklərdir ki, bir bank belə müflisləşməyib. Bank niyə müflisləşsin? Əmanəti müştəridən 10 faizə götürür və 20 faizlə də kredit verir. Yaxşı girov götürür və qiymətləndirirsə, niyə müflisləməlidir? O halda müflisləşir ki, bankın sahibləri, idarə edən menecerlər öz yaxınlarına, tanışlarına qanunsuz kreditlər verirlər. Buna Mərkəzi Bank nəzarət etməlidir. Həmin bankları ləğv etmək bazarın inhisarlaşmasına aparacaq. İnhisarlaşma da bank xidmətlərinin keyfiyyətini aşağı salacaq. Onsuz da artıq bu var. Bəzi iri banklarda həcm artdıqca, keyfiyyət düşür. Çünki onlar fikirləşir ki, onsuz da müştəri olacaq. Bu baxımdan, banklar nə qədər çox olsa, o qədər yaxşıdır”.
Ekspert hesab edir ki, problemin həlli üçün qanunvericilikdən başlamaq lazımdır:
“Bizim bank qanunvericiliyimiz çox köhnəlib, günün tələblərinə cavab vermir. Ölkə başçısı da 2004 və 2014-cü illərdə tapşırıq verib ki, Bank Məcəlləsi hazırlansın. İndiyə kimi hazırlamayıblar. Birinci sərəncamdan 17 il, ikinci sərəncamdan isə 7 il keçir. Bank qanunvericiliyinin özü çox bərbad gündədir. Bu da bankların çevik fəaliyyətinə imkan vermir. Digər tərəfdən, bank olmayan kredit təşkilatları var və onları da pis günə qoyublar. Qanunvericiliyimiz onları da məhdudlaşdırır. Onlar da fəaliyyət göstərib, gəlirli ola bilmirlər. Bu kimi problemlərlə yanaşı, kadr problemimiz var. Ümumiyyətlə, bank sistemini idarə edən şəxslər günün tələblərinə cavab vermirlər, artıq onları dəyişmək lazımdır”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi