Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
16 İyl 13:12Avropa
Hökumət böhranı İtaliyanın Ukraynaya hərbi yardımına mane ola bilər
Hökumət böhranı İtaliyanın Ukraynaya hərbi yardımına mane ola bilər.
Respublikaxəbər.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər nazir Luici Di Mayo "Politico"ya müsahibəsində deyib.
XİN başçısı Baş nazir Draqinin tənqidçilərini Rusiya Prezidenti Vladimir Putinin işini görməkdə günahlandırıb. O, gələn həftə İtaliya parlamentində keçiriləcək etimad səsverməsində hökuməti istefaya göndərməmək üçün siyasi partiyalara çağırış edib.
Di Mayo bildirib ki, hazırda ruslar daha bir Qərb hökumətinin yıxılmasını bayram edirlər.
“İndi bizim Ukraynaya silah göndərə biləcəyimizə şübhə edirəm. Bu, çoxsaylı ciddi problemlərdən biridir", - nazir əlavə edib.
O qeyd edib ki, hökumət istefaya göndəriləcəyi təqdirdə, seçkiyədək məhdud səlahiyyətlərlə idarəçilik davam edəcək.
XİN rəhbəri diqqətə çatdırıb ki, hökumətin istefası vəziyyəti iflic edə bilər. Belə ki, bu, hökuməti ölkənin Ukraynaya hərbi dəstək verməyə davam etmək, yaşayış xərcləri ilə bağlı böhranla üzləşən ailələrə maliyyə dəstəyi ayırmaq və ya Rusiyanın İtaliyaya qaz ixracını dayandıracağı halda, ölkədə qaz ehtiyatların artırılması üçün yeni qaz müqavilələri imzalamaq səlahiyyətlərindən məhrum edə bilər.
O vurğulayıb ki, əgər hökumət 20 iyulda istefaya göndərilərsə, onların heç bir yeni enerji müqaviləsi imzalamaq səlahiyyəti olmayacaq: “Bu, ciddidir, çünki biz qışa gedirik”.
Di Mayo deyib ki, Draqi Putinə qarşı sərt mövqe tutan Qərb liderlərindən biri olub.
Qeyd edək ki, Baş nazir Draqinin koalisiyasının bir hissəsi olan "5 Ulduz Hərəkatı" etimad səsverməsini boykot edib. Draqi istefasını təklif etsə də, dövlət başçısı Sergio Mattarella onun istefasını qəbul etməyib. İyulun 20-də parlamentdə səsvermə olacaq və nəticəyə uyğun olaraq addım atılacaq.
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi