Sorğu
Оцените работу движка

02 Sen 11:30Amerika

ABŞ azərbaycanlı alimin COVID-19-la bağlı tədqiqatını qəbul etdi

ABŞ azərbaycanlı alimin COVID-19-la bağlı tədqiqatını qəbul etdi



Almaniyanın Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin COVID-19-la bağlı apardığı növbəti elmi tədqiqat dünyanın ən nüfuzlu radioloji elmi cəmiyyəti olan Amerika Radiologiya Cəmiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Respublikaxəbər.az xəbər verir ki, tədqiqat noyabr ayından videoformatda keçiriləcək dünyanın ən böyük və nüfuzlu radioloji konqresi üçün elmi məruzə kimi qəbul edilib.

Bu, tarixdə ilk dəfə olaraq, qeyd olunan təşkilatın azərbaycanlı alimdən qəbul etdiyi ilk elmi tədqiqatdır. Bundan əlavə, Köln Universiteti Klinikasının Radiologiya İnstitutunun COVID-19-la əlaqədar orada təqdim edəcəyi ilk elmi layihədir.

Elmi tədqiqatda xəstələrdə öncədən aortada və ürəyin tac damarlarında yaranan kirəcləşmənin xəstəliyin proqnozundakı rolu sübut edilib. Bundan başqa xüsusi metodla ölçülən damarların kirəcləşməsinin səviyyəsinin xəstəliyin kliniki gedişinə birbaşa təsiri elmi şəkildə təsdiqlənib.

Qeyd edək ki, Nuran Abdullayev virusun öyrənilməsi, xəstəliyin müxtəlif xəstələrdə öncədən söylənilə biləcək proqnozu və kliniki gedişi barədə bir neçə elmi tədqiqat işini tamamlayıb.

Aparılan tədqiqatların nəticələri ictimaiyyətə müvafiq elmi jurnallarda dərc edildikdən sonra tam açıqlanacaq. Azərbaycanlı alimin işçi qrupu ilə birlikdə “COVID-19 diaqnostikasında Süni intellektin rolu” mövzusunda hazırladığı layihə Almaniyanın müvafiq elmi distansiyalarında yüksək qiymətləndirilib.

Xatırladaq ki, tibb elmləri doktoru Nuran Abdullayev COVID-19 virusu ilə bağlı dünya elminə mühüm elmi tədqiqatlar və tutarlı elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir.



Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi