Sorğu
Оцените работу движка

22 İyn 12:18Amerika

ABŞ-da COVID-19 gənclər arasında sürətlə yayılır

ABŞ-da COVID-19 gənclər arasında sürətlə yayılır


ABŞ rəsmiləri ölkənin xüsusilə cənub ştatlarında koronavirusa yoluxan gənclərin sayının artdığını açıqlayıblar.

“Anadolu” agentliyinə istinadən Respublikaxəbər.az xəbər verir ki, normallaşma dövrünə ilk daxil olan Florida, Cənubi Karolina, Corciya və Texas da daxil olmaqla, bir çox ştatlarda koronavirusa yoluxanların sayının yenidən yüksəldiyi bildirilir.

Sosial məsafəyə riayət etmək və maska ​​taxmaq tələbinə məhəl qoymayan gənclərin bu bölgələrdə müşahidə olunan artımda böyük rol oynadığı qeyd edilir.

Dövlət məmurları və səhiyyə mütəxəssisləri COVID-19-un xüsusilə çox sayda insanın olduğu şənliklərdə iştirak edən və ya vaxtını barlarda keçirən gənclərdə tapıldığını vurğulayırlar.

Texas qubernatoru Qreq Abbott mətbuat konfransında bildirib ki, mart və aprel ayının əvvəllərindəki vəziyyətlə müqayisədə, böyük fərq müşahidə olunur və indi 30 yaşına çatmamış gənclər ştatın bəzi bölgələrində aşkar edilən yoluxma hallarının əksəriyyətini təşkil edir.

Florida qubernatoru Ron DeSantis ştatda 20-30 yaş arasında gənc əhalidə yoluxma hallarının yaşlılarla müqayisədə, əhəmiyyətli dərəcədə artdığını bildirib.

Onun sözlərinə görə, COVID-19 testi müsbət çıxan gənclərin əksəriyyətinin heç bir simptomu yoxdur.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi