Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
27 Sen 14:21---
D.Savelyev: “Yeganə yol Ermənistanın qeyd-şərtsiz işğal altındakı torpaqlardan çəkilməsidir”
Rusiya Dövlət Dumasının üzvü, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutması ilə bağlı münasibət bildirib.
Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinin danışıqlar, sülh yolu ilə həyata keçirilməli olduğu mövqeyində olub və bu mövqeyində də qalır:
“Bunun üçün hər iki tərəf danışıqlara meyilli olmalıdır. Lakin son vaxtlar Ermənistanın rəsmi orqanlarının yalnız bir şeyə - sülh danışıqları prosesini pozmağa və münaqişənin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərini müşahidə etdik. Nəticə özünü çox gözlətmədi. Danışıqlar pozuldu. Dağlıq Qarabağ ilə sərhəddə genişmiqyaslı hərbi əməliyyatlar başladı”.
D.Savelyev münaqişəyə son qoymağın yeganə yolu heç bir şərt qoyulmadan Ermənistanın işğal altındakı torpaqlardan bütün hərbi qüvvələrini çıxarması və sülh prosesinə başlanmasıdır: Qaçqınlar Dağlıq Qarabağ torpağına qaytarılmalı və bu ərazinin Azərbaycan daxilində taleyini təyin edəcək bir referendum keçirilməlidir.
“Qan tökülməsi, Qafqaz bölgəsində gərginlik heç kimə lazım deyil. Münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün beynəlxalq hüquq çərçivəsində görülən tədbirlər, şübhəsiz ki, həm Rusiya, həm də bütün dünya birliyi tərəfindən dəstəklənəcək”, - deyə parlamentlərarası dostluq qrupunun rəhbəri sözlərini yekunlaşdırıb.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər