Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
18 İyn 15:54---
“İrşad Electronics” Mübariz İbrahimovun adını daşıyan liseyi komputerlərlə təchiz etdi - FOTO
Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi sayılan Mübariz İbrahimovun şəhid olmasının 10-cu ildönümü ilə əlaqədar “İrşad Electronics” şirkəti Biləsuvar rayonunda yerləşən, Milli Qəhrəmanın adını daşıyan Biləsuvar Təhsil Kompleksini ziyarət edib.
Korporativ sosial məsuliyyət siyasəti çərçivəsində təşkil edilən ziyarətin əsas məqsədi gənc Mübarizlərin təhsilinə dəstək olmaq, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasına töhfə vermək idi. Bununla əlaqədar “İrşad Electronics” tərəfindən unudulmaz qəhrəmanımızın adını daşıyan liseyin informatika otağı yeni noutbuklar və proyektorla təchiz edilib.
Şagirdlərlə onlayn ünsiyyət zamanı qəhrəmanımızın hər kəsə örnək ola biləcək həyat yolu haqqında danışılıb, bu təhsil ocağında oxuyan gənclərin ölkəmizə layiqli vətəndaş olaraq yetişməsi üçün xüsusi məsuliyyət daşıdığı vurğulanıb. Lisey rəhbərliyi bu təşəbbüsə görə “İrşad Electronics” şirkətinə təşəkkür edərək, qəhrəmanımızın əziz xatirəsinin əbədiləşməsində rolu olan hər kəsə minnətdarlığını bildirib.
Daha sonra şirkət əməkdaşları rayonun Əliabad kəndinə yollanaraq, Mübarizin ata ocağını ziyarət ediblər. Ailəsi ilə görüş zamanı Mübarizin qəhrəmanlığından, onun Azərbaycan gənclərinə nümunə olmağından və hər bir azərbaycanlının onun mübarizə dolu həyatı ilə fəxr etməsindən bəhs olunub. Milli Qəhrəmanın atası Ağakərim İbrahimov “İrşad Electronics”in əməkdaşlarını Mübariz İbrahimova məxsus otaqda ona həsr olunmuş guşə ilə tanış edib.
Son olaraq “İrşad Electronics”in əməkdaşları öz şücaəti, vətənpərvərliyi ilə qəhrəmanlıq səlnaməsi yazmış Mübariz İbrahimovun məzarını ziyarət edərək, əklik qoyub və onun xatirəsini yad ediblər.
Xüsusi olaraq vurğulayaq ki, pandemiya ilə əlaqədar səfər və ziyarət zamanı infeksiyadan qorunmaq üçün TƏBIB-in tövsiyələrinə ciddi şəkildə riayət edilib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər