Yeni XəbərLər
Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev, Valeh Məmmədovun əli ilə ölkənin sərvətlərinə qənim kəsilib?
01.02
Tələbə adı qazananların NƏZƏRİNƏ
01.09
İcra başçısı ilə görüşən şəxs həbs edildi - Qəbulunda söyüş söyüb…
01.09
SOCAR-ın törəmə müəssisəsi adını DƏYİŞDİ
31.08
Kolleclərin boş qalan yerlərinə qəbul elan edildi
31.08
Bakıda “Prius”la beş polis və iki vətəndaşa xəsarət yetirən sürücünün məhkəməsi başlayıb
31.08
Arxiv
Sorğu
Оцените работу движка
11 Okt 16:12Turkiye
Azərbaycanlı jurnalist Türkiyədə koronavirusdan vəfat etdi - FOTO
Türkiyədə koronavirusa yoluxmuş azərbaycanlı jurnalist vəfat edib.
Respublikaxeber.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllimi Pərvanə İbrahimova məlumat yayıb.
O qeyd edib ki, 1996-ci il təvəllüdlü Salamov Nurlan Xanağa oğlu bu gün dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, N.Salamov sentyabrın 20-dən özünü narahat hiss edib. Ayın 22-si səhər saat 06:00-da Türkiyəyə uçub, vəziyyəti çox sonra pisləşib. Atatürk Universitetində təhsil alan Nurlan ayın 25-də saturasiyası düşüb və boğulma simptomları ilə İkinci Əbdülhəmid Araşdırma Xəstəxanasına aparılıb. Orada 7 gün palatada yatıb, daha sonra reanimasiya şöbəsinə köçürülüb. Bu gün isə onu Marmara Eğitim Araşdırmalar Hastanesinə köçürmüşdülər.
Qeyd edək ki, Nurlan Salamov Azərbaycanın xaricdə təhsil alan ən perspektivli gənclərindən biri idi. 2017-ci ildə bakalavriaturanı (Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi) yüksək göstəricilərlə fəxri məzun olaraq başa vurub. 2019-cu ildə isə Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının Beynəlxalq jurnalistika ixtisaslaşması üzrə magistraturadan ən yüksək ÜOMG ilə fərqlənmə diplomu alaraq məzun olub. Həmin ildə Türkiyə Dövlət Təqaüd Proqramı – Türkiye Burslarını qazanıb. Hazırda Erzurum Atatürk Universiteti Sosial Elmlər İnstitutu Kommunikasiya fakültəsi Jurnalistika kafedrasının doktorantı idi. Bir sıra müsabiqələrin qaliblərindəndir, müxtəlif illər üzrə “İlin Ən Yaxşı Tələbəsi”, “İlin Ən Savadlı Tələbəsi” fəxri adlarına layiq görülüb.
“Jurnalist” tələbə-tədris qəzetinin redaktoru, “Tələbədən Tələbəyə”, “Beynəlxalq Jurnalistika Məktəbi” kimi layihələrin heyət üzvü olub. Aznews.az informasiya portalında beynəlxalq xəbərlər müxbiri, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunda "Füyuzat" və "İşıq" jurnallarının sosial media meneceri olaraq çalışıb. “Kaspi”, “Şərq”, “Ədalət”, “Jurnalist” qəzetləri, “Füyuzat”, “İşıq”, “Ulduz” jurnalları və bir sıra internet KİV orqanlarında yazılarla çıxış edib. Elmi tezis və məqalələri Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyasında respublika və beynəlxalq səviyyəli elmi-praktik konfransların materialı olaraq dərc olunub.
Yorum ekle
Xəbərlər
Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev, Valeh Məmmədovun əli ilə ölkənin sərvətlərinə qənim kəsilib? 09:22Tələbə adı qazananların NƏZƏRİNƏ 05:39İcra başçısı ilə görüşən şəxs həbs edildi - Qəbulunda söyüş söyüb… 04:27SOCAR-ın törəmə müəssisəsi adını DƏYİŞDİ 09:31Kolleclərin boş qalan yerlərinə qəbul elan edildi 07:08Bakıda “Prius”la beş polis və iki vətəndaşa xəsarət yetirən sürücünün məhkəməsi başlayıb 05:14Sumqayıt və Abşeronun bir hissəsində su kəsiləcək 06:15Bakıda avtomobil yolu keçmək istəyən piyadaları vurdu, ölənlər var 06:02
Istifadəçi Girişi
Populyar Xəbərlər