Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

25 İyl 13:48Turkiye

Yahya Azeroğlu SÖZÜN HAKANI VE SONA ABBASELİGIZI!!!

Yahya Azeroğlu SÖZÜN HAKANI VE SONA ABBASELİGIZI!!!

Azerbaycanda tanındığı kadarda sevilen. sayılan, edebiyat çevresi ve sosyal çevresi tarafından değer verilen ,çok önemli bir şahsiyettir bu değerli insanın beş parmağında on marifet var diyebiliriz, çünkü o ünlü bir yazardır, ünlü bir şairdir,ünlü bir gazetecidir,ünlü bir petrol muhendisidir,bu önemli marifetlerin hepsi bir yana o gerçekten çok iyi bir annedir Sona Abbaseligızı üzerinde bulundurduğu bu değerlerin gerçekten hakkını vererek hayatını idame ettirmektedir, ben onu doksanyeddinci yıllarda istanbulda bir sahaftan kitabını tesadüfen alarak kitabı okuduktan sonra gıyaben tanımıştım,çünkü. Sona Abbaseligızının söz konusu kitabının önsözünü yazan benim daha önce (1984) mektuplaşarak gıyaben tanıdığım ünlü Azerbaycan şairi Nebi Hezri yazmıştı,bu böyle oluncada ünlü şair Nebi Hezriyi nasıl unutmadıysam Sona Abbaseligızını da hafızama yazdım ve asla unutmadım,çünkü kitap ve kitabın önsözündeki derinlik ve ahenk beni çok etkilemişti,aradan yıllar geçtikten sonra ,kafkasyadaki sovyetler birliğine bağlı olan Türk ülkeleriyle birlikte Azerbaycan da bağımsızlığına kavuştuktan yine yıllar sonra Sona Abbaseligızını,Antalyada yaptığımız bir uluslararasıTürk Dünyası etkinliğinde tanıma şerefine nail oldum,tabiki yıllar önce gıyaben tanıdığım birisini fizikende karşımda görüncede hayatımda asla unutamayacağım bir heyecan ve şaşkınlık yaşamıştım,tabiki Sona hanımı tanıdıkça onun bir çok meziyetininde olduğunu öğrenirken birkaç tane kitabında yazarı olduğunun şahidide oluyordum,
İşin doğrusu Sona Abbaseligızını tanıdıkça onun yüreğindeki sanat cevherinin ve vatan sevgisinin bir kez daha şahidi oluyordum,Sona Abbaseligızının yazdığı eserleri okudukça onun şiirle,nesirle ve petrol mühendisliği olan masleğiyle ne kadar içiçe yaşadığını göruyordum,zira onun yaptığı kültür sanat aktiviteleri adeta yaşam felsefesi olmuştu dersem abartmış olmam diye düşünüyorum ve onu daha iyi tanıyabilmek için yazdığı eserlerin bazılarını okuyucularımla paylaşmak daha doğru olur düşüncesindeyim,o 2004 yılındahalk şairi Nebi xezrinin önsözünü yazdığı"xeyirxah ana,fedakar kadın"
[hide][/hide]2006 yılında yine halk şairi Nebi xezrinin önsözünü yazan"Sevgi ahları"onun hemen arkasından,prof.dr.Melik Bülbülün önsözünü yazdığı"Anannın son ümidi" yine 2006 yılında önsözünü,yazar Şahin Özdemirin yazdığı"Son bakış"
2012 yılında önsözünü prof.dr.Kerem Karabulutun yazdığı"21.asrın elitar kadınları"
2015 yılında önsözünü prof.dr. Kerem Karabuludun yazdığı "Sükut haray çekir"
2018 yılında önsözünü yazar-şair-gazeteci Eldar İsmayıl Büyüktürkün yazdığı,"Ağlayan hatıralar"
2019 yılında önsözünü prof.dr.Kerem karabulut ve halk şairi Neriman Hesenzadenin yazdığı"Kar altındaki hatıralar"adlı eserlerinin Türk dünyası edebiyatına renk kattığını görüyoruz,son olarak Sona Abbaseligızının 2020 yılında yazdığı"Sözün xaganı"adlı tarihi romanının kitap raflarını süslediğini görüyoruz,bu tarihi romanın önsözünü de kendisini gıyaben gönül yoluyla tanıdığım Filoloji ilimleri doktoru prof.dr.Nadir Memmetli yazarak Sona Abbaseligızının kitabına ayrı bir anlam ve renk katmıştır
Tabiki tarihi roman yazmak kolay bir iş değildir ama görüyoruz ki Sona Abbaseligızı bu zor işi başaranların içinde önemli bir şahsiyettir,bu önemli tarihi romanı okuyanlar bunun ne kadar sürükleyici ve okuyucuyu ne kadar etkilediğini bilirler ancak söz konusu tarihi romanı okumayanlar için prof.dr.Nadir Memmetlinin kitaba dahil ettiği önsözünü okuyarak bilgi sahibi olurlar diye düşünüyorum çünkü prof.dr.Nadir Memmetli yazdığı önsözde kitabı ve kitabın yazarı olan Sona Abbaseligızını o kadar güzel anlatmışki okuyanlar mutlaka bana hak vereceklerdir diye düşünüyorum.

Ön söz
NADİR MƏMMƏDLİ
Filologiya elmləri doktoru,professor
"Elm və təhsil" məşriyyatının direktoru
TARİXİN SÖZ AYNASI
Azərbaycanda roman janrı böyük bir inkişaf yolu keçmiş, müxtəlif dövrlərdə, ictimai-siyasi və sosial-tarixi
şəraitlərdə fərqli formalarda təzahür etmişdir. Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi,
Ə.Cəfərzadə, F.Kərimzadə ilə başlanan tarixi roman ənənəsini Y.Oğuz, Əlisa Nicat bu gün də uğurla
davam etdirir. Tarixi roman janrı öz inkişafından qalmamış, yazıçılarımız mövcud varisliyə sədaqət
göstərərək yeni əsərlər yazırlar. Onlardan biri də hekayə, povest və şeirlə ədəbiyyata gələn və tez bir
zamanda yaradıcılığı ilə şöhrət tapan Sona İsmayılovadır. Nəsrindən görünür ki, onun çox zəngin elmi-
tarixi düşüncəsi, tarixə dərindən bələdliyi, faktlarla işləmək mədəniyyəti, eyni zamanda, güclü bədii
təfəkkürü və təxəyyülü vardır. Qələmə aldığı “Sözün xaqanı” tarixi-bədii roman klassik şairimiz,
ziddiyyətli tale yaşamış Əfzələddin Xaqaniyə həsr olunmuşdur. Müəllif romanı qələmə alarkən, ilk
növbədə, özünü həmin tarixə aid etmiş, məhz o tarixdə yaşamış, dövrün hadisələrini, adət-ənənələrini,
faktlarını öyrənmiş, qələmə aldıqlarını təhtəlpsixologiyası və yazıçı təxəyyülündə saf-çürük etmişdir. Elə
buna görədir ki, əsər çox uğurlu alınmışdır. Yazıçı üçün tarixi roman qələmə almaq çox məsuliyyətli bir
işdir, belə ki, Sona xanımın müraciət etdiyi dövr, söz açdığı tarixi şəxsiyyət haqqında geniş mütaliəsi
sayəsində yüksək səviyyədə bilgisi A Sona Abbasəliqızı 4 vardır. Elə ona görədir ki, romanda Azərbaycan
tarixinin qaranlıq səhifələrini və Xaqani dühasını reallıqlar, bədii təxəyyülü ilə canlandıra bilib.
Zamanında V.Q.Belinski yazırdı: "Tarixi romana uydurma, hər şeydən əvvəl, şəxsi həyatı, ayrı-ayrı
insanların taleyini təsvir etmək yolu ilə daxil olur və tarixlə bağlı hadisələr tək-tək adamların taleyi ilə
qaynayıb-qarışır". Müəllif bu əsəri ilə qarşısına milli kimliyimizi sevdirmək, təbliğ etmək və həmçinin
tariximizin görkəmli nümayəndələrini olduğu kimi ictimaiyyətə çatdırmaq məqsədi qoyub. Fərqi yoxdur –
istər tarixi reallıqlar, istərsə də yazıçı təxəyyülündən doğan hadisələr, olaylar, obrazlar.., bütün bunlarla
təsvir olunan tarixi dövrün obrazını yarada bilib. Romanı oxuduqca bir daha aydın olur ki, tariximizi
tarixçilərdən daha çox yazıçılarımızdan öyrənməliyik. Sona xanımın tarixi janra müraciət etməsinin
səbəbi millətin tarixini xalqına çatdırmaq istəyidir, çünki tarix kitabları nə qədər sxolastik, quru faktlara
əsaslansa da, bu faktları canlandıran tarixi-bədii əsərlər həm yaddaşlarda qalır, həm də maarifləndirici
rol oynayır – bu əsərlər elə tarix kimi də qəbul olunur. O, tək-tək təsadüf edilən detalları dövrün
tələblərinə uyğunlaşdırır, ayrı-ayrı epizodlarla kifayətlənmir, özünün çoxsaylı təfərrüatları ilə bütövlük
faktoru yaradır, sanki bütün bu epizodlar və bəlli təfsilatlar onun üçün xüsusi əhəmiyyət kəsb edir;
yeniliyə can ataraq, yeni ifadə formaları və təfəkkür tərzi nümayiş etdirir. Sözün xaqanı A.N.Pautnik
tarixi romanlar haqda yazırdı: "Tarixi roman – keçmişi tarixi ardıcıllıqla təsvir etməkdir. Janrın tələbi tarixi
sənədlərə əsaslanmaq, olmuş tarixi hadisələri və şəxsləri müasir tələblər baxımından əks etdirməkdir".
Tarixi roman əsərlərinin yaranmasında yazıçı təxəyyülünün rolu böyükdür. Xüsusilə qeyd etmək
istəyirəm ki, Xaqani haqqında bilmədiklərimizi Sona xanım romanda tutarlı faktlarla izah edə bilmiş və
belə nəticəyə gəlmişdir ki, tariximiz bitməyib – davam edir. Dövrün koloritini canlandırsa da, keçmişə öz
təxəyyülü ilə yanaşan yazıçı olmuş faktlara sərbəst yanaşmır, hadisələri dəyişmir. Müəllif romanda
xronoloji ardıcıllığı gözləyir – romanın kompozisiyasının ölçü vahidi insan bioqrafiyasıdır; təsadüfi deyildir
ki, Xaqaninin gənclik yaşlarından ta ölümünə qədər insan–şair ömrünü tam əhatə edə bilmiş, hətta
müəyyən məqamlarda saray münaqişələrinin daxilinə girməyi bacaran bir üslub sərgiləmişdir. Xaqanini
çox ciddi planda təsvir etsə də, məzmununu tarixi hadisə və şəxsiyyətdən götürsə də, real və ya
macəralarla əhatə edilmiş bir roman qələmə almış, əsərdə yığcam və sərrast ifadələri ilə zəngin dil
koloriti yaratmışdır. Sona xanımın bəlkə də qazandığı ən böyük uğurlardan biri də məhz tarixi roman
janrında qələmini sınamasıdır. Bu bədii yaradıcılıq yolu – narrativ üslub təkcə tarixi yox, fəlsəfəni,
coğrafiyanı da bilməyi tələb edir. O, romanında dünya modellərinə həm forma və məzmun, diskurs və
semantika parametrlərinə, sərbəstliyinə görə bədii təfəkkürə, estetik idrak qanunlarına, polifonik
səciyyəyə sadiq qalır. Görkəmli yazıçı, tənqidçi-ədəbiyyatşünas M.Hü- Sona Abbasəliqızı 6 seynin tarixi
roman janrı haqqında yazdığı önəmli fikirləri Sona xanımın yaradıcılığı ilə də səsləşir: "Tarixçi dövrün
ümumi ictimai münasibətlərini əks etdirirsə, yazıçı ən çox dövrün psixologiyasını təşrih edir. Tarixçi
psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransa da, tarixi-bədii əsər yarana
bilməz. Bir qədər də sadə desək, tarixçi "nələr olmuşdur?" sualına cavab verirsə, sənətkar "nələr ola
bilərdi və necə ola bilərdi?" suallarına da cavab verir. Yazıçının vəzifəsi heç də tarixi şəxsiyyətlərin
fəaliyyətini başdan-başa izləyib bədii tərcümeyihal yaratmaqdan ibarət deyildir". Bu məlum həqiqəti
dərk edən Sona İsmayılova tarixi romanında təsvir etdiyi qəhrəmanlarını həm tarixi şəxsiyyət, həm də
insan kimi dolğun təsvir edir, əsas məqsədə çata bilir: tarixi həqiqətlərə sədaqət, lakin eyni zamanda, bu həqiqətləri bədii təxəyyül süzgəcindən keçirmək,daha çox tarixlə müasirlik arasında körpü yaratmaq, keçmişlə bu günü bir-birindən ayırmamaq.
"Sözün xaqanı"tarixi romanını bədii-tarixi səciyyəsi,dil zənginliyi və səmimi təhkiyəsi ilə Sona İsmayılovanın yaradıcılıq uğuru kimi dəyərləndirmək olar. Yaş məhdudiyyəti nəzərə alınmayaraq roman geniş oxucu kütləsi üçün nəzərdə tutulub.İnanırıq ki,bu əsər Azərbaycan polifonik romanları sırasında örnək olacaq,öz dəyər və əhəmiyyətini uzun müddət saxlayacaq,hətta gündən-günə artıracaq.

kalemə aldı
Şair-yazar
Yahya Azeroğlu

Yahya Azeroğlu SÖZÜN HAKANI VE SONA ABBASELİGIZI!!!
Yahya Azeroğlu SÖZÜN HAKANI VE SONA ABBASELİGIZI!!!


dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: