Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

13 İyl 10:53Turkiye

Türkiyə XİN: Ermənistanın Azərbaycan sərhədinə silahlı hücumlarını şiddətlə qınayırıq

Türkiyə XİN: Ermənistanın Azərbaycan sərhədinə silahlı hücumlarını şiddətlə qınayırıq

“Erməni silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətinə silahlı hücumlarını şiddətlə qınayırıq. Həyatını itirən Azərbaycanlı şəhidlər üçün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralılara şəfa diləyirik”.

APA-nın yerli bürosuna istinadən Respublikaxəbər.az-a Türkiyə Xarici İşlər Nazirliyindən verilən bəyanatda belə bildirilib.

Qeyd olunub ki, Ermənistanın təcavüzkar milliyyətçilik anlayışının yeni təzahürü olan bu hərəkətinə Azərbaycan tərəfindən layiqli cavab verilməsi təcavüzün cavabsız qalmadığının göstəricisidir: “Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini illərlə qanunsuz işğal etdiyi Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ətraf ərazisindən başqa yerlərə çəkmək və bu münaqişənin siyasi dialoq yolu ilə həllinə mane olmaq cəhdlər nəticəsiz qalmaqdadır”.

Bəyanatda daha sonra bildirilib ki, Ermənistan bu cür təhlükəli taktikalardan əl çəkməli, qanun və məntiq yolunu seçməlidir: “Avantürizmi qəbul etməklə Ermənistan bir daha zəifliyini ortaya qoyur və bölgəmizdə sülhə, sabitliyə ən böyük maneə yaradır.

Ümid edirik ki, Ermənistanın daha bir təcavüzkar hərəkətini ört-basdır etmək cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcək.

Ərazi bütövlüyünü qorumaq uğrunda mübarizədə Türkiyə bütün imkanları ilə Azərbaycana dəstək verməyə davam edəcək”.



Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: