Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

13 İyl 10:41Turkiye

Naci Şensoy: "Möhkəm ol, qəhrəman Azərbaycan əsgəri"

Naci Şensoy: "Möhkəm ol, qəhrəman Azərbaycan əsgəri"

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.

Apasport.az saytına istinadən Respublikaxəbər.az-ın məlumatına görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusu 4 şəhid verib.

Qardaş Türkiyənin bir çox tanınmış simaları kimi, vaxtilə ölkəmizdə Tovuzun "Turan" klubunun baş məşqçisi olmuş Naci Şensoy da hadisəyə biganə qalmayıb. Təcrübəli mütəxəssis feysbuk səhifəsi vasitəsilə Azərbaycan əsgərinə dəstəyini nümayiş etdirib: "Möhkəm olun, igid tovuzlular və qəhrəman Azərbaycan əsgəri. Siz heç vaxt yalnız olmayacaqsınız. Tovuzlu igid şəhidimizin ruhu şad olsun".

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirib və düşmən itki verərək geri otuzdurulub.


Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: