Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

04 Yan 13:43Sou-biznes

Bəstəkar Nailə Mirməmmədli vəfat etdi

Bəstəkar Nailə Mirməmmədli vəfat etdiƏməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli vəfat edib.

59 yaşlı bəstəkar bu gün dünyasını dəyişib. Onun ölüm xəbərini Bakı Dövlət Universitetindən təsdiqləyiblər.

Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur.1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil almışdır.Nailə Mirməmmədli 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas,Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsil almış,təhsilini Fərqlənmə Diplomu ilə başa vurmuşdur.Təhsilini davam etdirmək məqsədi ilə Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində (Tofiq Quliyevin ilk və son tələbələrindən biri) Bəstəkarlıq ixtisasları üzrə təhsil almış,təhsilini Fərqlənmə Diplomu dərəcəsi ilə başa vurmuşdur. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim,"Bənövşə" xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışmışdır. 2003-cü ildən bugünə kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsində dosent, baş müəllim vəzifəsində çalışıb.

2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru təyin edilib.[1]
Qeyd edək ki, N.Mirməmmədli ötən ilin fevralın 19-da BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinə direktor təyin olunmuşdu.

Mərhumə Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı idi.
Redaksiya heyyəti adından Mərhumə Nailə Mirməmmədlinin ailəsinə baş sağlığı veririk. Allah rəhmət etsin.

Respublikaxəbər.az
Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: