Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

12 İyl 13:16Sou-biznes

Rəqsanə: "Saxta göz yaşlarına inanmıram, bundan sonra hərəkətimi göstərəcəm..."

Müğənni Rəqsanə İsmayılova və prodüser Təranə Səmədova arasındakı qalmaqal bir neçə gündür daha da alovlanıb.

Axşam.az-a istinadən Respublikaxeber.az xəbər verir ki, prodüser bu gün sənətçinin özü və ailəsi ilə bağlı ağır iddialar səsləndirib.

Rəqsanənin isə irəli sürülən bu ittihamlara cavabı gecikməyib və o bildirib ki, insan başına gələnlərdən nəticə çıxarmalıdır:

"Deyəcəyimi dedim, bundan sonra demək yox, hərəkətimi göstərəcəm. Hazırda isə ailəmlə bərabər "Moskva göz yaşlarına inanmır" filminə baxıram və başa düşürəm ki, axırıncı dəfə saxta göz yaşlarına 3-cü sinifdə inanmışam. Ümumiyyətlə, inanmaq hissini çoxdan unutmuşam. Heç kimə inanmayın, yalançı, təhlükəli, uşaqların belə taleyi ilə oynayan insanlara heç inanmayın. İnsan başına gələnlərdən nəticə çıxartmalıdır. Amma görünür çıxartmayanlar var. Yenə də Allah bilər, nə edər. Biz Allah deyilik ki, basıb göz çıxardaq. Yaşayarıq, görərik".

Qeyd edək ki, Təranə Səmədova həbsdən bir müddət öncə azadlığa buraxılıb. O, bugünkü efirdə çıxışı zamanı bir neçə dəfə göz yaşlarını saxlaya bilməyib. Rəqsanə "saxta göz yaşlarına inanmıram" sözlərini işlədərkən bu məqama işarə vurub. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: