Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

21 Mar 07:14Siyaset

Nikol Paşinyan: Rusiyanın bizə satdığı qırıcıların sursatı yox idi

Nikol Paşinyan: Rusiyanın bizə satdığı qırıcıların sursatı yox idi
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ikinci Qarabağ müharibəsindən əvvəl Rusiyadan alınmış “Su-30CM” qırıcı təyyarələri döyüş sursatına malik olmayıb.

Bu barədə “Report” “Aysor.am”a istinadən xəbər verir.

Qeyd edilir ki, baş nazir bununla keçmiş baş hərbi müfəttiş, general-polkovnik Movses Akopyanın Ermənistan Rusiyadan döyüş sursatları olmayan “Su-30SM” təyyarələri alması barədə açıqlamasını təsdiqləyib.

"Bizi ittiham edirlər, soruşurlar ki, niyə təyyarələr aldıq? Bəli, biz təyyarələri aldıq, bəli, müharibəyə qədər raketləri almağa müvəffəq olmadıq. Yaxşı, təyyarələri siz (əvvəlki hakimiyyət-red) alardınız və biz də raketləri alardıq", - Paşinyan deyib.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonra istefaya gedən Movses Akopyan hələ 19 noyabr 2020-ci ildə keçirilən mətbuat konfransında bildirib ki, Paşinyan silahlanma planını dəyişdirib.

"Su-30SM" qırıcı təyyarələri aldılar. "Su" təyyarələri bizə lazım deyildi. Bu təyyarələr burada sursatlarsız qalıb. Rusiyanın hökumətin qərarına əsasən, həmin qırıcıların döyüş sursatlarının ikinci ölkəyə satışı qadağandır", - Akopyan deyib.

Lakin elə həmin gün Ermənistanın Müdafiə Nazirliyi təkziblə çıxış edib. Nazirlik iddia edib ki, Akopyanın bəyanatları nəinki həqiqətə uyğun deyil, həm də dövlət sirridir. Nazirlik “Su-30SM” təyyarələrinin döyüş sursatlarına malik olmaması barədə iddiaları yalan adlandırıb.

Lakin Nikol Paşinyanın dünənki açıqlaması generalın haqlı olduğunu üzə çıxarıb.

Respublikaxəbər.az 0518310101 dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: