Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

03 Noy 08:57Siyaset

“62 jurnalist vəzifə başında öldürülüb” - BMT

“62 jurnalist vəzifə başında öldürülüb” - BMT

“Yanlışları araşdıran və doğruları söyləyən jurnalistlər olmadan heç bir cəmiyyət azad ola bilməz”.

Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş yayımladığı videomüraciətdə deyib.

“Keçən il 62 jurnalist vəzifə başında öldürülüb. Son illərdə korrupsiya və insan hüquqları pozuntularını araşdırarkən öldürülən jurnalistlərin sayı artıb”.

O əlavə edib ki, jurnalistlərə qarşı törədilən hər 10 cinayətdən doqquzu cəzasız qalır.

Qeyd edək ki, bu ilin iyun ayında Azərbaycanda iki jurnalist vəzifə başında erməni aqressiyasının qurbanı olub. Belə ki, Azərtac-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlu və AzTV-nin operatoru Abışov Sirac Abış oğlu işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirərkən nəqliyyat vasitəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni təxribatı nəticəsində tank əleyhinə minaya düşməsi zamanı şəhid olublar.
dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: