Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

19 Noy 17:47Siyaset

İşğaldan azad edilən ərazilərə vurulan ziyana görə Ermənistan təzminat ödəyəcəkmi?- Politoloq

İşğaldan azad edilən ərazilərə vurulan ziyana görə Ermənistan təzminat ödəyəcəkmi?- Politoloq
“Ümumiyyətlə Ermənistan hər nə qədər etdiyi cinayətlərdən imtina etməyə çalışsa da, işğaldan azad edilən torpaqların real vəziyyəti bu ölkənin Azərbaycana vurduğu maddi-mənəvi, ekoloji zərərin miqyasını göstərir”.
Bu fikirləri Xeberoxu.az-a istinadən, Respublikaxəbər.az-a politoloq Turan Rzayev bildirib. O qeyd edib ki, ötən gün ölkə başçısı və xanımın işğaldan azad edilən ərazilərə rəsmi səfəri zamanı real mənzərə bir daha gözlər önünə sərildi.
Dağıntı və vurulan maddi mənəvi ziyanın miqyası hədindən artıq çoxdur. İstənilən halda bu, cəzasız qalmamalıdır. Politoloq həmçinin bildirib ki, tərəfdən hazırda Ermənistan ilə Azərbaycan arasında yekun bir sülh sazişi imzalanmayıb: “Sülh bəyanatı heç də yekun sülh müqaviləsi deyil.
Yəni əldə edilən bəyanatda toxunulması lazım olan və müzakirəyə ehtiyac duyulan madələr və əlavə tələblər var. Azərbaycan tərəfi kapitulyasiyadan sonra Ermənistan tərəfinin torpaqlarımıza vurduğu zərər ilə bağlı kompensasiya tələb etmək haqqına sahibdir.
Rəsmi İrəvan de-yure kapitulyasiya sazişi imzalayərkən sazişin bir bəndində vurulan ziyanla bağlı da bənd qeyd edilməlidir.”Turan Rzayev qeyd edib ki, Ermənistan heç bir halda müharibə, humanitar və insanlıq cinayətlərinin məsuliyyətini üzərindən ata bilməz.
Onun sözlərinə görə Ağdam və Kəlbəcərə vurulan ziyan aktlaşdırılmalı və təzminatın miqdarı müəyyənləşdirilməlidir: “Düz qeyd etdiniz bu gün Ağdam və Kəlbəcərdən çıxan sivil ermənilər yaşayış məntəqələrinə ciddi ziyan vurur.
Bu insanlar yaxşı anlayır ki, bir də bu torpaqlara qayıda bilməyəcək. Buna görə də bu cür dağıntılar, vəhşiliklər törədirlər. Azərbaycan nə edə bilər? Biz beynəlxalq təşkilatları əraziyə dəvət edib real ziyanı aktlaşdırıb təzminatın miqdarının hesablanması üçün müraciət edə bilərik.
” Turan Rzayev deyib ki, dəyən ziyan tam olaraq hesablandıqdan sonra nəticəni danışıqlar prosesinin predmeti olaraq təklif etmək olar: “Rəsmi İrəvan maddi və ya alternativ təkliflər ilə Azərbaycana vurduğu ziyanı kompensasiya etməlidir.
Mən təklif edirəm ki, ümumiyyətlə Marşal planı kimi bir planla ermənistandan təzminat tələb edilsin. Bu təzminat ya maddi ya da Naxçıvanla bir başa quru sərhədindən torpaq verilməklə konpensasiya edilsin.”- deyə o əlavə edib.
Şahnun Qasımova









Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: